Accessibility links

Cəbhədə gərginlik yaşanıb


Azərbaycan ordusu
Azərbaycan ordusu

Cəbhənin Ağdam rayonu (Bakıdan 351 kilometr cənub-qərb) istiqamətində qoşunların təmas xəttində Ermənistan silahlı qüvvələrinin növbəti dəfə təxribatının qarşısı alınıb. Bu barədə Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Məlumatda deyilir ki, Ermənistan odrusunun hərəkətlərinə cavab olaraq və gələcəkdə belə təxribatların qarşısını almaq məqsədilə Azərbaycan Silahlı Qüvvələrinin gördüyü qabaqlayıcı tədbirlər nəticəsində təmas xəttinin dərinliyindəki erməni mövqeləri darmadağın edilib. Nəticədə erməni tərəfinin təxminən 10-15 canlı qüvvəsi və hərbi texnikası məhv edilib.

“Azərbaycan Müdafiə Nazirliyi xəbərdar edir ki, düşmənin istənilən təxribat cəhdinin qarşısı Silahlı Qüvvələrimiz tərəfindən dərhal və qətiyyətlə alınacaq”, mətbuat xidmətinin məlumatında xəbərdarlıq edilir.

Öz növbəsində Ermənistan Müdafiə Nazirliyi Azərbaycan Müdafiə Nazirliyinin məlumatını dezinformasiya adlandırır və erməni tərəfinin itki vermədiyini bildirir.

Dünyaya Baxış

Dünyaya Baxış. Azərbaycan mətbuat azadlığı indeksində 13 pillə geriləyib
please wait

No media source currently available

0:00 0:13:30 0:00

Amerika İcmalı

Amerika İcmalı. Beynəlxalq Mətbuat Azadlığı Günü - Azərbaycanda medianın durumu.
please wait

No media source currently available

0:00 0:30:02 0:00
XS
SM
MD
LG