Accessibility links

Müdafiə Nazirlıyi cəbhə xəttində gərginliyin artdığını bildirir


Azərbaycan ordusu cəbhə bölgəsində təlimlərə başlayıb
Azərbaycan ordusu cəbhə bölgəsində təlimlərə başlayıb

“Noyabrın 2-nə keçən gecə erməni silahlı bölmələri Azərbaycan Ordusunun cəbhənin şimal-qərb istiqamətində yerləşən bölmələrinin mövqelərini 60 millimetrlik minaatanlardan, qumbaraatanlardan və iriçaplı pulemyotlardan yenə də intensiv atəşə tutub”. Bu barədə Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatında deyilir.

Məlumatda qeyd edilir ki, Azərbaycan Silahlı Qüvvələri cavab tədbirləri nəticəsində erməni tərəfini susdurub.

Cəbhə bölgəsi
Cəbhə bölgəsi

“Qoşunların təmas xəttində vəziyyətin məqsədyönlü şəkildə gərginləşdirilməsinə görə bütün məsuliyyət Ermənistanın kriminal hərbi-siyasi rejiminin üzərinə düşür”, Azərbaycan Müdafiə Nazirliyi bildirir.

Öz növbəsində, Ermənistan mediası rəsmi mənbələrə istinadən Azərbaycan tərəfinin 40 dəfə atəşkəs rejimini pzoduğunu bildirir.

Viqen Sarkisyan və Anjey Kaspişik
Viqen Sarkisyan və Anjey Kaspişik

Ermənistan müdafiə naziri Viqen Sarkisyan isə noyabrın 1-də ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspişiklə görüşündə Azərbaycanın son bir neçə həftədə cəbhə xəttində mütəmadi olaraq vəziyyəti gərginləşdirnəşdirdiyini deyib. Onun sözlərinə görə, Azərbaycan tərəfi qoşunların təmas xəttində atəşlərin sayını çoxaldıb və iriçaplı silahlardan istifadə edir.

Azərbayvan müdafiə naziri Zakir Həsənov isə oktyabrın 31-də Azərbaycanda səfərdə olan ABŞ-ın Müdafiə katibinin Rusiya, Ukrayna və Avrasiya üzrə

Müdafiə naziri Zakir Həsənov və ABŞ-ın Müdafiə katibinin köməkçisinin müavini Maykl Karpenter
Müdafiə naziri Zakir Həsənov və ABŞ-ın Müdafiə katibinin köməkçisinin müavini Maykl Karpenter

köməkçisinin müavini Maykl Karpenterinlə görüşündə Ermənistanın Cənubi Qafqazda sabitliyə təhlükə yaratdığını, beynəlxalq hüquq norma və prinsiplərə məhəl qoymadan Azərbaycan torpaqlarını işğal altında saxladığını və vasitəçilərin səylərinə baxmayaraq qoşunların qarşıdurma xəttində təxribatlar törətməklə vəziyyəti gərginləşdirdiyini deyib.

Cəbhə xəttində vəziyyətin gərginləşən xətlə inkişafı ATƏT-in Minsk Qrupunun həmsədrlərinin iki ölkə prezidentlərinin görüşünü hazırlamaq məqsədi ilə regiona oktyabrın 23-25-də reallaşan səfərindən sonraya təsadüf edir.

Cəbhə xətti (Foto Ceyms Uorlikin Twitter səhifəsindən götürülüb)
Cəbhə xətti (Foto Ceyms Uorlikin Twitter səhifəsindən götürülüb)

İlk öncə Azərbaycan tərəfi hərbçisinin atəşkəs rejiminin pozulması nəticəsində həlak olduğu, sonrakı günlərdə isə atəşkəs rejimini iriçaplı silahlarla pozulduğunu bildirib. Erməni tərəfi də cəbhədə atəşkəs rejiminin mütəmadi pozulması və bir hərbçisinin həlak olması barədə məlumatlar yayıb.

Həmsədrlər regiona səfərlərinin yekunları ilə bağlı birgə bəyanatda bildirir ki, atəşkəs rejimi haqqında razılaşmaya əməl edilməsi danışıqların davam etdirilməsi üçün çox vacibdir.

Azərbaycan tərəfi danışıqların nəticəsinin olmasını və erməni silahlı qüvvələrinin Azərbaycanın suverenliyində olan ərazilərdən çıxarılmasını tələb edir. Bununla yanaşı, Azərbaycan prezidenti ilk dəfə olaraq Dağlıq Qarabağa muxtar respublika statusu veriləməsi ehtimalını irəli sürüb.

ATƏT-in Minsk Qrupunun həmsədr dövlətləri də cəbhə xəttindəki hazırki status-kvonun qəbuledilməz olduğunu dəfələrlə bəyan edib.

ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik
ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik

“İşğal olunmuş ərazilərin Azərbaycanın nəzarətinə qaytarılması, qoşunların çıxarılması danışıqlarda çoxsaylı elementlərdəndir. Bundan başqa köçkünlərin qaytarılması, sülhyaradıcı qüvvələrin yerləşdirilməsi ilkin elementlər kimi diqqətdə saxlanılır. Bununla yanaşı, dəhliz məsələsi də danışıqların mövzusudur. Prezident Əliyev tərəfindən Dağlıq Qarabağın gələcək statusu barədə fikir irəli sürülüb. Prezident Əliyevin Dağlıq Qarabağın statusu məsələsini danışıqların predmetinə çevirməsini alqışlayırıq. Hesab edirik ki, prezidentlər bu istiqamətdə danışıqlar aparmalıdır”, ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Ceyms Uorlik bu il oktyabrın 22-də Bakıda keçirdiyi mətbuast konfransında deyib.

Bu il aprelin 2-dən 5-nə kimi Qarabağ cəbhəsində baş verən hərbi əməliyyatlarda hər iki tərəf onlarla itki verib. Rusiya tərəfinin təşəbbüsü ilə tərəflər hərbi əməliyyatları dayandırıb. Bundan sonra ATƏT-in Minsk qrupu Azərbaycan və Ermənistan rəhbərliyinin iki görüşünü (Vyana və Sankt-Peterburq görüşü) təşkil edib.

Qarabağ münaqişəsi 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu Ermənistanın nəzarətinə keçib.

XS
SM
MD
LG