Accessibility links

Cəmil Həsənli: "Yığdığınız bəsdir. Bəsdi bu xalqın sərvətini taladınız" [video]


Prezidentliyə namizəd Cəmil Həsənlinin çıxışında hakimiyyəti sərt tənqid edib

Milli Şuranın prezidentliyə namizədi Cəmil Həsənli Bakıda seçki öncəsi təbliğat-təşviqat kampaniyası çərçivəsində növbəti görüş-mitinqində çıxışında hökuməti sərt tənqid edib.

O, mitinqə toplaşanları Milli Şuranın sədri Rüstəm İbrahimbəyovun adından salamlayıb.

Cəmil Həsənli bildirib ki, xalqı, dövləti düşdüyü bu acınacaqlı durumdan buraya toplaşmış fədakar insanlar xilas edəcəklər.

Mitinq iştirakçıları "İstefa"deyə şuarlar səsləndiriblər.

Daha sonra Cəmil Həsənli mitinq iştirakçılarına üz tutaraq, birgə yola çıxdıqlarını, hədəflərinin bəlli olduğunu, yollarının haqq yolu olduğunu bildirib.




"Yığdığınız bəsdir. Bəsdi bu xalqın sərvətini taladınız. Millətin balaları Virciniya, Panamanın harada olduğunu bilmir.Sizlər öz kiçik övladlarınız üçün Dubaydan Virciniyaya qədər villalar almısız. Bunları Allah götürməyəcək. Bizdən platfoma istəyən xalqımız - ədalətli cəmiyyət və ləyaqətli həyatdır bizim platformamız"-deyə Cəmil Həsənli bildirib.


Cəmil Həsənli deyib ki,insanların mülkiyyət azadlığı olmalıdır: "Baxın yüz minlərlə insanların evlərini başlarına uçurdurlar.Onlara qəpik-quruş verilir."



Cəmil Həsənli prezident seçilərsə “Qızıl amnistiya” elan edəcəyini bildirib. “Amnistiya siyasi, vicdan məhbuslarına eləcə də mülkiyyət hüququna aid olacaq. Bütün sənədsiz mülkiyyətlərin amnisiyasını elan edəcəm”, o qeyd edib.




Mitinq iştirakçıları Həsənlinin çıxışını böyük coşqu ilə qarşılayıb. “Cəmil bəy, Sizinlə qürur duyuruq”, “İstefa” və digər şüarlar səsləndirilib.



Show comments

XS
SM
MD
LG