Accessibility links

Milli Şura sədrinin 12 yaşlı nəvəsi prokurorluğa çağırılıb


Cəmil Həsənli: Korrupsioner şəbəkə hakimiyyətdə mövqeyini qoruyub saxladı
Cəmil Həsənli: Korrupsioner şəbəkə hakimiyyətdə mövqeyini qoruyub saxladı

Iyulun 30-da müxalifətdə olan Milli Şuranın sədri Cəmil Həsənlinin 12 yaşlı nəvəsinə prokurorluq bildiriş göndərib.

Cəmil Həsənli Facebook səhifəsində yazlır ki, prokurorluq formasında olan bir işçi bizə bildiriş gətirmişdi.

“Bildiriş mənim 12 yaşı iki gündən sonra, avqust ayının 1-də tamam olacaq nəvəm Məmmədova Aytənin sabah, iyulun 31-də saat 16-da Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsinə çağırılması haqqında idi. Bildirişi idarənin rəis müavini, Baş Ədliyyə müşaviri İbayev Pərviz Mansur oğlu imzalamışdı. Mən Aytənin azyaşlı olduğunu bildirdim, nə məqsədlə onun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsinə çağırılması ilə maraqlandım. Bundan sonra onu gətirən işçi Pərviz İbayevlə əlaqə saxlayıb bildirişi geri apardı. Deyəsən, Baş Prokurorluq ad günü münasibəti ilə Aytənə hədiyyə vermək istəyirmiş”, Milli Şuranın sədri qeyd edir.

Prokurorluq orqanları bu məlumata hələ münasibət bildirməyib.

Xatırladaq ki, Cəmil Həsənlinin qızı Günel Həsənli də bir neçə ay öncə avtoqəza olayı ilə bağlı 1 il 6 ay müddətinə məntəqə tipli cəzaçəkmə müəssisəsində cəza çəkməyə məhkum edilib.

XS
SM
MD
LG