Accessibility links

Donald Tramp ABŞ Mərkəzi Komandanlığına səfər edib


Donald Tramp Florida ştatının Tampa şəhərində yerləşən ABŞ Mərkəzi Komandanlığına (CENTCOM) səfər edib.

ABŞ prezidenti izahatlar dinləyəcək, nitq söyləyəcək. O, CENTCOM personalı ilə nahar yeməyinə qatılacaq. Bu onun yanvar ayında hakimiyyətə gəlməsindən bəri ABŞ Mərkəzi Komandanlığına ilk səfəridir.

CENTCOM Yaxın Şərq və Mərkəzi Asiyada regional təhlükəsizliyin genişləndirilməsi əməliyyatlarına nəzarət edir.

Mərkəz bu yaxınlarda Yəməndəki Əl-Qaidə düşərgəsinə reydə də rəhbərlik edib. Reyd zamanı bir ABŞ əsgəri həlak olub.

Hərbi Dəniz Donanması əsgəri Rayan Ouensin cəsədi ötən həftə Hava Qüvvələri Bazasına gətirilib. Prezident Tramp ona son ehtiramını nümayiş etdirmək üçün bazaya gedib.

Digər 3 hərbi qulluqçu reyd zamanı xəsarət alıb.

Dünyaya Baxış

Dünyaya Baxış.Qubad Ibadoğlu ev dustaqlığına buraxılıb
please wait

No media source currently available

0:00 0:11:22 0:00
XS
SM
MD
LG