Accessibility links

Bu həftə Vaşinqtonun diqqət mərkəzində Çin yer alır


Chinese national flag at Tiananmen Square

Chinese national flag at Tiananmen Square

Bu həftə Vaşinqtonun diqqət mərkəzində Çin-ABŞ münasibətləri yer alır. Pekinin Tiananmen meydanında nümayişçilərə divan tutulmasının 24-cü ildönümü ABŞ qanunvericiləri hadisələrə bir daha nəzər salıb, Çin rəsmilərini cavabdehliyə çağırıb.

Bu həftə ABŞ prezidenti Barak Obama Çin prezidenti Tsi Jinpinqlə Kaliforniya ştatında görüş keçirəcək. Obamanın ikinci dönəm hakimiyyətə gəlməsi və Tsinin Çinin Kommunist Partiyasının rəhbəri vəzifəsinə təyin edilməsindən bəri bu, onların ilk görüşü olacaq.

Əhatəli müzakirələrə Asiyada sabitlik və iqlim dəyişikliyi kimi məsələlər daxildir. Tərəflər Şimali Koreyanın nüvə proqramı məsələsini də gündəmə gətirəcək.

Ötən ay Çin prezidenti Tsi Jinping nüvə məsələsi ilə bağlı dialoqa açıq olduğunu bildirmişdi. Çin Şimali Koreyanın nüvə proqramı ilə bağlı müzakirələr keçirən 6 ölkədən biridir.

Son zamanlar ABŞ qanunvericiləri Çinin Amerikaya qarşı kibernetika hücumlarına görə narahatlıqlarını dilə gətirir.

ABŞ prezidenti Barak Obama Çinin dövlət başçısı Tsi Jinping ilə görüşü zamanı kibernetika məkanının təhlükəsizliyi məsələsini gündəmə gətirəcək.

Daxili Təhlükəsizlik nazirinin müavini Ceyn Lyut Çini hücumların qarşısının alınmasına çağırıb.

Ötən həftə Asiyada səfərdə olan ABŞ-ın müdafiə naziri Çak Heygel də Çinə kibernetika hücumlarına görə xəbərdarlıq verib.

ABŞ-ın Asiyadakı fəaliyyətlərinə dair Çinin narahatlıqlarına toxunan Çak Heygel deyib ki, Vaşinqton Çinin regionun təhlükəsizliyinin məsuliyyətini daşıdına inanır.
XS
SM
MD
LG