Accessibility links

Çin ötən illərdə hərbi xərclərini artırdıqdan sonra bu il milli müdafiə xərclərini 7-8 faiz artıracağını bildirib.

Çin parlamentinin sözçüsü Fu Yinq bildirib ki, dəqiq rəqəm şənbə günü parlamentin illik sessiyasının başlanğıcından sonra açıqlanacaq.

Cənubi Çin Dənizində ərazi iddiası edən Çin ötən 20 ildə müdafiəsini külli miqqdarda resurslarla təchiz edib. Ötən il Pekin hərbi xərclərini 10.1 faiz artıraraq ümumi rəqəmi 136 milyard dollara çatdırıb.

Bu rəqəm Birləşmiş Ştatların ötən ay müdafiə xərclərinin dörtdə birini təşkil edir.

Tənqidçilər bildirib ki, Pekin müdafiəyə elan etdiyindən daha çox pul xərcləyir.

XS
SM
MD
LG