Accessibility links

Chinatown - ABŞ-ın Çin məhəllələri [Video]


Amerikanın Çin məhəllələri
please wait

No media source currently available

0:00 0:03:08 0:00

Amerikanın Çin məhəllələri

Çoxu Birləşmiş Ştatlara 1800-cü illərdən başayaraq mühacirət edən çinlilər olmaqla, ABŞ-da şərqi asiyalılar sürətlə artır. İndi Amerikanın demək olar ki, bütün böyük şəhərlərində Chinatown – Çin məhəlləsi var. San-Fransisko və Nyu-York kimi böyük şəhərlərə gələn turistlər ərzaq və suvenir almaq üçün adətən Chinatown – Çin məhəlləsinə üz tuturlar.

Los-Ancelesdəki “Çinli Amerikalılar” muzeyinin icraçı direktoru Stiv Vonq son zamanlar ABŞ-ın böyük şəhərlərindəki Çin məhəllələrində daha çox turistin gözə dəydiyini bildirir. “Burada hədiyyə mağazaları, amerikalıların zövqünə uyğun çin yeməkləri var. Əslində buna Çin yeməkləri demək olmaz. Zənnimcə bu yeməklər tam amerikanlaşdırılıb.”

Vaxt var idi ki, Chinatown çinlilərin yaşaya bildikləri yeganə yer idi. Orada yalnız 1800-cü illərdə Çinin cənub bölgələrindən Amerikaya qızıl və iş axtarmaq üçün gələn ilk mühacir çinlilər yaşayırdı. 1882-ci ildə isə Amerika hökuməti çinlilərin ölkəyə gəlişinə qadağa qoydu. Özlərinə qarşı düşmən münasibət hiss edən çinlilər öz məhəllələrini yaratmağa başladılar.

“O zamanlar ailələrini və qadınlar gətirə bilmədiklərinə görə, çinli icmalar böyümürdü. Buna görə də onlar iqtisadi durumlarını və turizmi inkişaf etdirmək üçün küçələrə üz tutdular.” deyə, Stiv Vonq bildirir.

73 yaşlı Fred Vonq 15 il Los-Ancelesdəki Çin məhəlləsində yaşayıb və işləyib.
O, Birləşmiş Ştatalara 10 yaşında - çinlilərin mühacirətinə qadağanın ləğv edilməsindən sonra gəlib. Lakin valideynləri onunla gəlməyib. “Biz ailədə 6 nəfər idik və valideynlərim bizi dolandıra bilmirdi. Anam qardaşımı satmışdı və məni də satmalı oldu.”

Vonq hazırda Los-Ancelesdəki Çin məhəlləsində yaşlı adamların qaldığını, gənclərin çoxunun isə şəhərdən kənarda yaşadığını deyir.

Los-Ancelesdəki Kaliforniya universitetindən professor Min Jo son 30 ildə Birləşmiş Ştatlara Tayvandan olan çinlilərin tələbə kimi gəldiklərini və sonradan burada həmişəlik qaldıqlarını deyir. “Onlar əsasən binalarda deyil, şəxsi evlərdə yaşamağa üstünlük verir və yaxşı məktəblər axtarırlar. Çin məhəlləsində isə bunlar yoxdur”.

Co Ven Huanqın Los-Ancelesin kənarında Çin restoranı var. Bir çox mühacir kimi o da ikiqarajlı ev alıb. “Çində göydələn çoxdur, Birləşmiş Ştatlarda isə göydələn çox deyil. Burada bir ailə üçün şəxsi evlər çoxdur.”

Əksər çinli mühacirlərin Birləşmiş Ştatlarda uğur qazanmasına baxmayaraq, Stiv Vonq 750 min çinli mühacirin sənədsiz yaşadığını deyir. Onlar qanunvericilərin mühacirətlə bağlı islahatlarını gözləyirlər.
XS
SM
MD
LG