Accessibility links

Şimali Koreya lideri Çindən dəstək alıb


Şimali Koreya lideri Çindən dəstək alıb
Şimali Koreya lideri Çindən dəstək alıb

Şimali Koreyanın yeni lideri qonşu Çindən dəstək alıb. Çin prezidenti Hu Tsintaio Kim Conq Una təbrik məktubu göndərərək, onun Şimali Koreyanın ali baş komandanı olmasından məmnunluğunu ifadə edib. Çin liderinin məktubu hökumətə məxsus veb səhifədə yerləşdirilib. Məktubda Şimali Koreya və Çin arasında dərin dostluq ənənələrinin olduğu deyilir. Burada həmçinin iki ölkə arasında dosluğun möhkəmləndiriləcəyindən əminlik də ifadə edilib. Şimali Koreyanın Çinlə ticarət və ölkənin yardımına ehtiyacı olduğu üçün Pekinlər əlaqələr Pxenyan üçün olduqca böyük əhəmiyyət daşıyır.

XS
SM
MD
LG