Accessibility links

Haykuy Çinin şərq sahilini bir həftə ərzində vuran üçüncü tayfundur. Fırtına bu gün Zejianq vilayətinin sahillərinə leysan yağışları və saatda 150 km sürətlə əsən küləklər gətirib.

Zejianq vilayətinin rəsmiləri 130 000-dən çox adamı ərazidən evakuasiya ediblər. Bu arada 23 milyon sakini olan Şanxay şəhərində 200 000 nəfər evlərindən köçürülüb. Bazar günündən bəri fırtınadan ehtiyat edən 30000 qayıq limanda gözləyir.

Ərazidə açıq hava fəaliyyətləri qadağan edilib. Şəhər parkları və yay sinifləri ləğv olunub və açıq havada tikintilər dayandırılıb.
XS
SM
MD
LG