Accessibility links

Kristina Perri həyatının dəyişdiyini deyir [Audio]


Singer/Songwriter Christina Perry.
Singer/Songwriter Christina Perry.

Müğənni və bəstəkar Kristina Perri özünün “Lovestrong” CD-sinin debütü üçün iki il yarım qastrolda oldu

please wait

No media source currently available

0:00 0:03:12 0:00


Müğənni və bəstəkar Kristina Perri özünün “Lovestrong” CD-sinin debütü üçün iki il yarım qastrolda oldu və “A Very Merry Perri Christmas” Milad albomu bu yaxında işıq üzü gördü.

Qastrol zamanı ən maraqlı hadisə avqust ayında, onun 26 yaşının səhnədə qeyd edilməsi oldu. “Məni heyrətləndirən səhnədə baş verənlər oldu. Mən səhnəyə çıxanda onlar mənə sürpriz etdilər. Mən “Jar of Hearts” mahnısını təkbaşına ifa etməyə başlayanda musiqiçilər səhnəni bir dəqiqəlik tərk etdilər. Onlar geri qayıdanda hər şey başqa cür oldu, mən mahnını bitirərkən özümü tamamilə başqa planetdə hiss edirdim. Mən səhnədə həmişə etdiyim kimi əllərimitutub durmuşam. Və birdən onlar “Ad günün mübarək!” mahnısını oxumağa başladılar. Səhnəyə Dinozavr kostyumunda çıxan Ceyson Mrazla birlikdə 28 işçimiz qiyamət bir tort gətirdi.” - deyə, o bildirir.

“Breaking Dawn” filminə musiqi bəstələyən Kristima Perri “Lovestrong” CD-sinin platinium status qazandıqdan sonra həyatının dəyişdiyini deyir. “Mən restoranda xadimə və menecer işləyir, eyni zamanda sınaq musiqilər yazdırırdım. Yaxın dostum “Jar of Hearts” sınaq mahnısını verdi. O, bu mahnını Fox TV-nin “Rəqs Edə Bilirsənmi?” şousunun xoreoqrafına göndərdi və onlar bu mahnını seçərək axşam şousunda çaldılar. Baş verənlər bütün hıyatımı dəyişdi. Gecə yarıyadək mahnı hitə çevrilmişdi. Mən artıq mövcud idim. Əvvəl mövcud deyildim. Kafedəki işimi atdfım. 21 gün ərzində Nyu York şəhərinin aparcıı ssyazma studiyaları məni əyləndirdilər.”

Kristina Perri bayram mövsümünə özünün yeni “A Very Merry Perri Christmas” albomu ilə başlayır. O, bayramları çox sevdiyini və bu albomun onun ilk bayram albomu olduğunu deyir. “Qarşıdan gələn Milad bayramının mənim ən çox sevdiyim bayram olduğunu hamı bilir. Mənim Milad bayramına həsr olunan beş mahnını üstəgəl bəstələdiyim orijinalı oxuyuram. Mən üç yaşımdan Milad mahnıları bəstələyirəm. Böyük qardaşım Niklə birgə oturub yeni Milad mahnısı bəstələdik. Belə görünür ki, mahnı çoxunun xoşuna gəlir.”

Kristina Perri bayram mövsümündə tətilə çıxmağı və bundan sonra 2013-cü il üçün yeni CD hazırlamağı planlaşdırır.

Dünyaya Baxış

Dünyaya Baxış.Qubad Ibadoğlu ev dustaqlığına buraxılıb
please wait

No media source currently available

0:00 0:11:22 0:00
XS
SM
MD
LG