Accessibility links

Çinin milyarderlərinin sayı 2 dəfə artıb


Çinin milyarderlərinin sayı 2 dəfə artıb
Çinin milyarderlərinin sayı 2 dəfə artıb

Moskva isə 79 milyarderlə dünyanın ən çox xzəngin şəxsinin yaşadığı şəhərdir

Dünyanın ən varlı şəxslərinin yeni siyahısı göstərir ki, keçən illə müqayisədə Çinin milyarderlərinin sayı təxminən iki dəfə artaraq 115-ə çatıb.

Forbes jurnalının açıqladığı siyahıya görə, Çinin məşhur Baidu İnternet axtarış çarxının yaradıcısı Robin Li 9 milyardla ölkənin ən zəngin şəxsidir. Ümumilikdə isə Li ən zənginlər arasında 95-ci yerdədir. Lianq Vengen çinli 2-ci ən zəngin şəxsdir.

Forbes dünyanın 1210 milyarderinin adını açıqlayıb. Bu siyahıyada 199 yeni ad var. Yeni milyarderlərinin yarısından çoxu Braziliya, Rusiya, Hindistan və Çindəndir. Rusiyanın siyahıda 101 milyarderi var. Onların 79-un Moskvada olması bu şəhəri dünyanın ən çox milyarder yaşayan şəhəri edib.

XS
SM
MD
LG