Accessibility links

Cəlal Talabani İranda həbsdə olan iki amerikalı səyyarın azad edilməsi səylərinə qoşulub

  • Amerikanın səsi

Cəlal Talabani İranda həbsdə olan iki amerikalı səyyarın azad edilməsi səylərinə qoşulub

Cəlal Talabani İranda həbsdə olan iki amerikalı səyyarın azad edilməsi səylərinə qoşulub

İraq prezidenti Cəlal Talabani İranda həbsdə olan iki amerikalı səyyarın azad edilməsi səylərinə qoşulub. Bağdadda Amerika və İraq rəsmilərinin görüşü zamanı İraqın xarici işlər naziri bildirib ki, hökumət Şeyn Bauer və Caş Fattalın azadlığa buraxılması üçün ciddi şəkildə iş aparır. İranın gündəlik “Şərq” qəzetinin yazdığına görə, İraq prezidenti 2009-cu ildə casusluq ittihamı ilə həbs edilənlərin ailələrin xahişindən sonra bu səylərə qoşulub.

Dünən İranın Ədliyyə Nazirliyinin bildirmişdi ki, amerikalıların azad edilməsinə dair heç bir qərar verilməyib. Nazirliyinin bəyanatında bildirilir ki, məhkəmə Şeyn Bauer və Caş Fattalın vəkillərinin onların pul müqabilində zaminə buraxılması tələbini nəzərdən keçirir. Bəyanatda bundan əlavə məsələ ilə bağlı məlumatın yalnız nazirlik tırəfindən veriləcəyi bəyan edilir. Amerikalıların azad ediləcəyinə dair xəbər İran prezidenti Mahmud Əhmədinejadın NBC tele-şirkətinə müsahibəsi zamanı səyyarların bir neçə gün ərzində azad edilə biləcəyini deməsindən sonra yayılıb.

XS
SM
MD
LG