Accessibility links

Klark Bedfordun kiçik dünyası [Video]


Klark Bedford bir sənətkar kimi qeyri-konformist olması ilə fəxr edir. O, özünün həyata yumor hissi ilə başıxını kollajlarında, heykəllərində və fotolarında əks etdirir. O, ətrafındakı hər şeyi, evini, avtomobillərini qalereyaya çevirib.

Bu materiallar qədim və ucuzlu mağazalardan tutmuş, müxtəlif yerlərdən gətirilib. Bu xam mallardan Klark Bedford sənət əsəri yaradır. Hər parça Klarkın o an hiss etdiyı, düşündüyü kimi canlanır. “Ayri-ayrı parçalardan fərdi bir şey varanır və yaratdığın hər fərdin öz tarixçəsi, öz hissi var.”

Hazırda Klark diqqəti ayrı-ayrı hissələrdən bir parşa yaratmağa yönəlib. O, illərlə heykəltəraşlıq və fotoqrafçılıqla məşğul olub. Hazırladığı əsərlərdə isə yumor hissi həmişə olub.

Məsələn, Misirdəki Əbu-Simbəl məbədi. “Bu, Misirin ən məşhur tarixi abidəsidir ki, mən burada kyupi kuklalardan istifadə etmişəm. Onlar plastiklə örtülüb. Bundan əlavə burada şamlardan, çıraqlardan istifadə etmişəm.”

Klarkın Merelend ştatının Haytsvill şəhərindəki evinin divarlarındakı rəsmlər insana rahatlıq verir. Lakin bu, yalnız evin daxili ilə bitmir. “Mən özümü kiçik bir dünyamda hiss edirəm. Mən küçəyə çıxıb, iki saatdan çox tıxaclarda qalandan sonra evə qayıdır və özümü cənnətdə hiss edirəm.”

Hətta özünün 1995-ci il buraxılışlı Chevy kapriz avtomobilini sürərkən belə. Kalrk Bedford öz dünyasında yaşayır. Hara gedirsə getsin onun avtomobili diqqət çəkir və çoxlarının xoşuna gəlir. “Bu, küçə musiqiçilərinə bənzəyir. Qeyri-adidir. Düşünürəm ki, bu, insanların xoşuna gəlir.”

nsanların bütün bunlardan xoşları gəlib-gəlməməsindən asılı olmayaraq, Klark Bedford öz işini sevir və yaşadığı kiçik dünyasından məmnundur.

XS
SM
MD
LG