Accessibility links

Hillari Klintonun siyasi irsi


Hillari Klinton
please wait
Embed

No media source currently available

0:00 0:04:05 0:00

Hillari Klinton

ABŞ Dövlət katibi kimi vəzifəsinin icrasını cümə günü başa çatdıran Hillari Klinton bir çox sorğuların nəticələrinə əsasən, dünyada ən populyar qadınlardan biridir. O, Dövlət katibi olduğu müddətdə Əfqanıstan və İraqda müharibədən sonra Birləşmiş Ştatlarla münasibətlərin yaxşılaşdırılması kimi məsələlər üzərində işləyib.

Lakin Hillari Klinton həyatının əsas mənasını qadınlar üçün imkanların genişləndirilməsi missiyasının yerinə yetirilməsində görür. Hillari Klinton:“Güclü iqtisadiyyat və sabit demokratik ölkə qurmağa çalışıb ölkə əhalisini yarısına ikinci dərəcəli insan, ya da varlıq kimi münasibət bəsləmək özünü aldatmaqdır. Amma bir çox yerlərdə qadına məhz belə münasibət bəsləyirlər. Onların çox az, bəzən heç bir siyasi hüququ yoxdur. Onlar zorakılığa məruz qalır. Onların sağlamlığı, bəzən həyatlarına əhəmiyyət verilmiir.”

Human Rights Watch təşkilatının Vaşinqton bölməsinin direktor müavini Sara Marqon Hillari Klintonun qadın hüquqları məsələsini xarici siyasətin mərkəzində gördüyünü deyir:”Onun istəyi, əslində vətəndaş hüquqları qrupları ilə görüşməyə can atması xarici siyasətin hökumətlərarası münasibətlər müstəvisindən çıxdığının göstəricisidir. Bu, cəmiyyətin bütün qruplarını əhatə edir.”

Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzində təhlilçi Cennifer Kuk deyir ki, Hillari Klinton Konqo Demokratik Respublikasınada qadınlara qarşı zorakılıqlara görə məsuliyyət məsələsini gündəmə gətirdi:”O, istər Keniya olsun, istər Fil Dişi Sahili, istərsə də Seneqal böyük diplomatik bir irs qoyur .”

Lakin Hillari Klintonu tənqid edənlər var. O, Suriyada prezident Bəşar Əl-Əsədin opponentlərinə kömək üçün kifayət qədər iş görmədiyinə görə tənqid edilir.

Xanım Klinton Liviyada ABŞ-ın Benqazidəki konsulluğuna dörd Amerika diplomatının qətlə yetirilməsi ilə nəticələnmiş hücum zamanı təhlükəsizliyin təmin edilməməsi ilə bağlı tənqidlərlə qarşılaşıb.

Hillari Klinton:”Amerikalıların Benqazidə həlak olmasına görı dərin təəssüf hissi keçirirəm. Mən bunun bir daha baş verməməsi üçün çox işləyirəm. Bu işi görəndə başa düşürsünüz ki, hər şeyə nəzarət etmək mümkün deyil.”

Cato institutunda təhlilçi Malou İnnosentin fikrincə, Dövlət Departamentində işi Klintonun prezidentlik uğrunda ikinci dəfə mübarizə aparmasına kömək edə bilər:”Vaşinqtonda xarici siyasət məsələləri üzrə ekspert kim biz nəyi isə təhlil edə bilərik, amma amerikalıların böyük əksəriyyəti onun gördüyü işlərə baxacaq. Burada isə vəziyyət əladır. Bu, şübhəsiz ona 2016-cı ildə kömək edəcək.”

2008-ci ildə prezidentlik uğrunda mübarizədə məğlub olduqdan sonra Hillari Klinton yenidən seçilmək üçün yarışlarda iştirak etməyəcəyini deyib:”Mən indi gələcəyimi müəyyən etmək üçün qərar verməliyəm. İndi bunu etmək fikrində deyiləm, amma Birləşmiş Ştatlar və bütün dünyada qadınların ən yüksək səviyyədə rəqabət apara bilməsi naminə əlimdən gələni edəcəm.”

Hillari Klinton zarafatla deyir ki, Vaşinqtondan gedəndən sonra birinci işi 20 ilin yuxusunu almaq olacaq.
XS
SM
MD
LG