Accessibility links

Cənubi Koreya şimalın danışıqlar təklifini rədd etmişdir


Cənubi Koreya şimalın danışıqlar təklifini rədd etmişdir

Cənubi Koreya şimalın danışıqlar təklifini rədd etmişdir

Cənubi Koreya şimalın qeyd-şərtsiz danışıqlar təklifini qeyri-ciddi adlandıraraq onu rədd etmiş və Pxenyandan sözlərini əməllə sübut etməyə çağırmışdır. Böhranı həll etmək səyləri cümə axşamı Pekində davam edib. ABŞ diplomatı Stefen Bozvort Çin xarici işlər nazirinin müavini Janq Jicun və Çinin altıtərəfli danışıqlarda elçisi Vu Daveylə görüşüb. Çinin xarici işlər naziri Yanq Cieçi məsələni həmçinin Vaşinqtonda dövlət katibi Hillari Klintonla müzakirə edib.

Şimali Koreyanın təklifi çərşənbə günü dövlət televiziyasında açıqlanıb. Bu, noyabrın 23-də Cənubi Koreyaya edilən hücumdan sonra Şimali Koreyanın verdiyi barışıq tonlu ilk mesajdır. Kommunist dövləti “nəzakətlə” genişmiqyaslı danışıqlara və “istənilən adamla istənilən yerdə” görüşməyə hazır olduğunu bəyan edib. Lakin Cənubi Koreyanın birləşmə naziri bildirib ki, şimal əvvəllər də təbliğat məqsədilə oxşar bəyanatlar verib. Sözçü bildirib ki, Şimali Koreya ilk növbədə 2005-ci ildə nüvəsizləşdirmə barədə verdiyi vədə əməl etməlidir.

XS
SM
MD
LG