Accessibility links

Respublikaçılar prezident Obamanın səhiyyə planı əleyhinə mübarizə aparmağa söz verir


Respublikaçılar partiyasının həftəlik müraciəti ilə çıxış edən ABŞ senator Con Barrasso deyib ki, prezident Barak Obamanın səhiyyə planı Amerikada səhiyyə xidmətləri qiytmələrinin azalmasına gətirib çıxarmayacaq.

ABŞ-ın qərbində yerləşən Vayominq ştatını təmsil edən və peşəcə həkim olan senator Barrasso yeni səhiyyə qanunun tibb bacısı və həkim çatışmazlığı probleminin həllinə yol açmayacağını bildirib.

Senator prezidentin səhiyyə planını “yarasız”, “əlçatmaz” və “olduqca qeyri-populyar” adlandırıb. O deyib ki, Konqresdəki respublikaçılar prezidentin səhiyyə qanunun ləğvi üçün mübarizə aparacaq .

Prezident Obama bu həftə Ali Məhkəmənin onun təqdim etdiyi səhiyyə qanununu qüvvədə saxlaması haqda qərarını alğışlayıb.

Cənab Obamanın 2012-ci il seçkisində Respublikaçılar partiyasından əsas rəqibi olan Mit Romni prezident seçilsə, işə başladığı ilk gün səhiyyə qanununu ləğv etməyə söz verib.

Dünyaya Baxış

Dünyaya Baxış. İsrail ABŞ-ın bəzi silah tədarükünü dayandırmaq qərarına etiraz edir
please wait

No media source currently available

0:00 0:13:11 0:00

Amerika İcmalı

Amerika İcmalı. Beynəlxalq Mətbuat Azadlığı Günü - Azərbaycanda medianın durumu.
please wait

No media source currently available

0:00 0:30:02 0:00
XS
SM
MD
LG