Accessibility links

Kerri: Yaxın Şərq sülh danışıqları çətin olsa da mümkündür


ABŞ Dövlət katibi Con Kerri İsrail və Fələstin lidelrəinin sülh danışıqlarını canlandırmaq əzmində olduğunu, lakin uzun zamandır durğunluq vəziyyətində olan prosesin mürəkkəb olacağını deyib.

Küveytdə müxbirlərlə danışan Con Kerri deyib ki, o, sülh prosesinin bərpası üçün müddət qoymaq istəmir, lakin sentyabrda BMT-nin Baş Assambleyasının sessiyasına qədər mütləq inkişaf əldə edilməlidir.

Fələstin liderləri tərəflər arasında razılığın əldə edilməsi səyləri baş tutmasa, təktərəfli qaydada Fələstin dövlətin beynəlxalq miqyasda tanınmasına çalışacaqlarını bildirib.

Dövlət katibi Kerri danışıqların bərpa edilməsi məqsədilə İsrail və Fələstinlilər arasında intensiv vasitəçilik səyləri aparır.

Dünyaya Baxış

Dünyaya Baxış.Qubad Ibadoğlu ev dustaqlığına buraxılıb
please wait

No media source currently available

0:00 0:11:22 0:00
XS
SM
MD
LG