Accessibility links

Con Kerrinin "28 may" təbriki


Kerry Syria
Kerry Syria

ABŞ dövlət katibi Azərbaycana Əfqanıstanda göstərdiyi köməyə görə minnətdarlıq edib

Amerika Birləşmiş Ştatlarının dövlət katibi may ayının 23-də Azərbaycan xalqını Respublika Günü münasibələ təbrik edirib. Amerikanın Səsinin (www.amerikaninsesi.org) ABŞ Dövlət Departamentinin veb səhifəsindən əldə etdiyi təbrik məktubda deyilir:

"Mən Azərbaycan xalqını Mayın 28-də qeyd edəcəyi Respublika Günü münasibətilə təbrik edirəm.

Birləşmiş Ştatlar və Azərbaycan möhkəm tərəfdaşlıq qurub və Azərbaycanın müstəqilliyinin qorunmasına, demokratik institutlarının gücləndirilməsinə və iqtisadi islahatların sürətləndirilməsinə köməyə dair bizim öhdəliyimiz var.

Təhlükəsizlik məsələsinə gəldikdə biz xüsusilə qoşunlarımızın sülh və təhlükəsizlik uğrundan çiyin-çiyinə dayandığı Əfqanıstanın gələcəyi üçün üzərinə götürdüyü öhdəliklərə görə Azərbaycana minnətdarıq".

ABŞ dövlət katibi habelə Cənub Dəhlizini vurğulayaraq deyib ki, bununla ikitərəfli əlaqələr daha da möhkəmlənəcək.

"Siz xüsusi bir günü qeyd etdiyiniz bir vaxt biz dünyanın daha da sülh və əmin-aman olması üçün sizinlə birgə işləməyə ümid edirik," - deyə Con Kerrinin təbrik bəyanatında deyilir.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG