Accessibility links

Con Makkeyn: Konqres Rusiya oliqarxlarına qarşı sanksiyalar tətbiq etməlidir


ABŞ senatoru Con Makkeyn
ABŞ senatoru Con Makkeyn

ABŞ senatoru Con Makkeyn Amerikanın Səsinə müsahibədə Konqresin Rusiyanın Ukraynaya təzyiqləri ilə bağlı ata biləcəyi addımlardan danışıb. Senatın Xarici Əlaqələr Komitəsinin üzvü olan Con Makkeyn ABŞ prezident Barak Obama administrasiyasının Rusiya münasibətlərin yenidən qurulması siyasətinə də toxunub. O, ABŞ-ın Rusiya prezidenti Vladimir Putinin, onun sözlərilə, davaranışı dəyişməsi üçün müəyyən addımlar atmalı olduğunu deyib.

“Konqres bir sıra addımlar atmalıdır. Bunlardan biri ayrı-ayrı şəxslər, xüsusilə də Putinin ətrafında olan, Maqnitskinin işi, insan hüquqları pozuntuları və korrupsiyaya görə məsuliyyət daşıyan oliqarxlara qarşı sanksiyaların tətbiq edilməsindən ibarətdir. Biz Çex Respublikası və Polşada raketlərdən müdafiə sistemini yerləşdirilməsinə başlayırıq, Gürcüstan və Moldovanın NATO-ya üzvlüyü istiqamətində işi sürətləndiririk və Putinin davranışını dəyişə biləcək bir sıra başqa addımlar ata bilərik. Lakin ən birincisi və başlıcası Putinin kim olduğunu başa düşmək lazımdır. “Mən yenidən seçiləndə daha geniş imkana malik olacam” demək lazım deyil. Başa düşmək lazımdır ki, münasibətlərin yenidən qurulması üçün reset düyməsini basmaı dayandırın. Putinin kim olduğunu anlayın; o, 20-ci əsrin ən böyük faciəsinin Sovet İttifaqının dağılması olduğunu deyən, KGB-nin polkovniki, Dövlət Təhlükəsizliyi Komitəsinin aparatçikidir”-deyə senator Makkeyn bildirib.

Arizona senatoru Rusiya prezidenti Vladimir Putinin Ukrayna siyasətini kəskin tənqid edərək, Krıma müdaxilənin beynəlxalq qanunlarla bir araya gəlmədiyini bildirib.

Senatda nüfuzlu qanunvericilərdən biri olan Con Makkeyn 2008-ci ildə ABŞ prezident seçkilərində Respublikaçılar partiyasının namizədi olub.
XS
SM
MD
LG