Accessibility links

ABŞ Konqresinin üzvləri Xocalı faciəsini anmağa çağırır

  • Azerbaijani Service

ABŞ Konqresinin üzvləri Xocalı faciəsini anmağa çağırır

ABŞ Konqresinin üzvləri Xocalı faciəsini anmağa çağırır

Konqresdə Azərbaycan üzrə işçi qrupunun üzvləri Nümayəndələr Palatasının iclasında həmkarlarını azərbaycanlılarla birlikdə faciə qurbanlarının xatirəsini anmağa səsləyib

Amerika qanunvericiləri Nümayəndələr Palatasında çıxışları zamanı həmkarlarını azərbaycanlılarla birlikdə Xocalı faciəsini anmağa çağırıblar.

Konqresin Azərbaycan üzrə işçi qrupunun həmsədri, Pensilvaniya ştatından konqresmen Bil Şuster, Texas ştatından Konqres üzvü Eddi Bernis Conson, Şimali Karolina ştatından Konqres üzvü Virciniya Foks və Tennessi ştatından konqresmen Stiv Kohen Nümayəndələr Palatasının iclasında qanunvericiləri 1992-ci ildə fevralın 26-da Xocalıda dinc Azərbaycan əhalisinin qətlə yetirilməsi faktını tanımağa çağırıb.

Konqresdə Azərbaycan üzrə işçi qrupunun həmsədri Bil Şuster Xocalı faciəsinə Azərbaycanın xaricində kifayət qədər diqqət verilmədiyini qeyd edib. O bildirib ki, Konqresə seçilmiş rəsmi nümayəndələr kimi onlar ictimaiyyətə az məlum olan və tanınmayan həqiqətlərin üzə çıxarılmasına kömək etmək imkanına malikdir. “Azərbaycanın dostu kimi mən fəxr edirəm ki, həmkarlarıma Xocalıda baş vermiş faciəni unutmalı olmadığımızı xatırlada bilirəm.” –deyə o əlavə edib. Konqresmen Şuster Azərbaycanın Birləşmiş Ştatların güclü müttəfiqi və dostu olduğunu deyib. “Xocalı faciəsi bəşəriyyətə qarşı cinayətdir və mən həmkarlarımı mənə qoşualaraq bu faciəni azərbaycanlılarla birlikdə anmağa çağırıram.”-deyə konqresmen Şuster bildirib.

Konqres üzvü Eddi Bernis Conson Xocalı əhalisinin erməni hərbi qüvvələri tərəfindən qətliama məruz qaldığı haqda çox az adamın məlumatı olduğunu deyib və Xocalıda etnik təmizləmənin baş tutduğunu bildirib. O, Azərbaycan və Ermənistanın Dağlıq Qarabağ münaqişəsini dinc yolla həll edə biləcəyinə ümid etdiyini deyib. “Xocalıda qadınlar, kişilər və uşaqların xatirəsi bizi bu kimi hadisələri pisləməyə sövq etməlidir”-deyə Eddi Bernis Conson çıxışını bitirib.

Konqresin nümayəndəsi Vircinya Foks diqqəti Human Rights Watch təşkilatının Xocalı faciəsi ilə bağlı hesabatına çəkərək deyib ki, təşkilat bunu münaqişə başlayandan ən böyük qətliam adlandırıb. “Cənab spiker, mən həmkarlarımı mənə qoşularaq, Xocalı şəhəri və onun həlak olmuş sakinlərini anmağa və Azərbaycana bu faicənin ildönümü münasibəti ilə dərin hüznlə başsağlığı bildirməyə çağırıram.”-deyə xanım Foks çıxışına yekun vurub.

Konqresmen Stiv Kohen çıxışında deyib ki, Xocalıda qadınlar, uşaqlar və qocaların qəddarlıqla qətlə yetirilməsi ağlagəlməzdir. O, Azərbaycanın Birləşmiş Ştatların mühüm və mürəkkəb bir regionda güclü müttəfiqi olduğunu qeyd edib. Konqresmen həmkarlarını ona qoşularaq, Xocalı şəhərində baş vermiş faciəni anmaq üçün azərbaycanlı dostlara qoşulmağa səsləyib.

XS
SM
MD
LG