Accessibility links

İqtisadi böhran xaricdə dincələ bilməyən rusları Krıma aparır [Video]


İqtisadi böhran rusları Krıma aparır
please wait

No media source currently available

0:00 0:02:56 0:00

Qərblə münasibətləri ən gərgin həddə çatdıran Rusiyanın Krımı ilhaqından bir il sonra bu Qara Dəniz yarımadasında turizm sənayesi yenidən canlanmağa başlayıb. Turist bələdçiləri gəlirin stabil qaldığını, lakin sanksiyaların, sərhəd-keşik nəzarətinin və bürokratiyanın maneələrə səbəb olduğunu deyirlər.

Krım yay mövsümündə həm ukraynalılar, həm də rusiyalılar arasında populyar olub. Lakin keçən il Rusiyanın yarımadanı ilhaqından sonra ukraynalılar dincəlməyə gəlmədikləri üçün turistlərin sayı yarıya qədər azalıb.

Bələdçi Aleksandr Yurçenko qiymətlərin artdığını desə də, sərhəddə ciddi nəzartin olmasından və bürokratiyadan gileylənir. “Çinlilər öz düşmənlərinə belə deyərlər: “Sənə dəyişiklik dövründə yaşamağı arzu edirəm”. İnsan 45, 50, 60 yaşlarında, eyni işi azı 15 ildir görürsə, artıq hər işi qaydasındadırsa, əsasən də vergi ödəmələri, və birdən hər şey dəyişirsə, bunun mənfi fəsadları olur.”

Qərbin sanksiyaları Krım iqtisadiyyatını yalnız nağd puldan istifadəyə məcbur etdi, xarici turistlərin gəlməsinə mane oldu və investisiyanı dayandırdı.

Rusiyada iqtisadi böhran rusiyalıların xaricə səfərlərinə məhdudiyyətlər qoyub, bu da Krıma dincəlməyə gedənlərin sayının artması deməkdir.

“Yard Hotel” mehmanxanasının meneceri Anastasiya Fedoseyeva qonaqların sayının artdığını deyir “Ən əsas problem yeni partnyorların tapılması və yeni razılıqların əldə edilməsidir. Artıq Ukraynadan olan işçilər bizimlə işləyə bilməz. Bizim eləcə də bank sistemi problemlərimiz var. Biz maaşları bank yolu ilə ödəyə bilmirik. Fikrimcə qarşıdan gələn mövsüm bu məsələ də həll olunacaq.”

Keçən il Rusiyanın Qara Dəniz Hərbi Donanması heç bir izahat vermədən Ukrayna hərbi məntəqələrini mühasirəyə alaraq, onlara təslim olmağı əmr etdi.

O zaman Krımda dünya ictimaiyyətinin qınağına səbəb olan referendum keçirildi, və səs çoxluğu ilə yarımada Rusiyaya birləşdirildi.

Rusiyada çoxlarının bu qərarı dəstəkləməsinə baxmayaraq, rusiyalı turistlər Andrey və Tatyana Malaxovlar başqa fikirdədirlər. “Biz düşünürük ki, Krım Rusiyaya birləşməli idi, lakin bu yolla yox/ Artıq bu baş verdi və bizim fikrimizcə bu səhv addım idi.” deyə, Andrey bildirir.

Tatyana isə deyir ki, belə bir addım danışıqlar yolu ilə atılmalı idi, belə yox.

Yarımadanın Rusiya tərəfindən ilhaq edilməsinə bəraət qazandırmağa çalışan ruslar Krımın vaxtikən Rusiyaya məxsus olduğunu deyirlər.

XS
SM
MD
LG