Accessibility links

Kompyuter virusu sənaye obyektlərinin sistemlərinin təhlükəsizliyi ilə bağlı narahatlıqlara səbəb olub

  • Amerikanın səsi

Kompyuter virusu sənaye obyektlərinin sistemlərinin təhlükəsizliyi ilə bağlı narahatlıqlara səbəb olub

Kompyuter virusu sənaye obyektlərinin sistemlərinin təhlükəsizliyi ilə bağlı narahatlıqlara səbəb olub

İran rəsmiləri Buşehr nüvə elektrik stansiyasında sistemlərə zərər dəymədiyini desələr də, ekspertlər qeyd edir ki, təhlükələrin miqyasını ölçmək çətindir

Staksnet (Stuxnet) adlı kompyuter virusu İranın Buşehr nüvə elektrik stansiyasının sisteminə daxil olaraq, Asiyadan tutmuş Avropa və Birləşmiş Ştatlara qədər kompyuter sistemlərini sıradan çıxarıb. Bu, nüvə, elektrik və digər sənaye sahələrinin sistemlərinin kompyuter virusuna nə dərəcədə davamlı olduğuna dair suallar qaldırıb.

İran rəsmiləri Buşehr nüvə elektrik stansiyasında sistemlərə zərər dəymədiyini desələr də, kibernetik aləmdə təhlükəsizik məsələləri üzrə ekspertlər qeyd edir ki, təhlükələrin miqyası nəzəriyyədə ölçülə bilər.

Syber Defence agentliyinin prezidenti və təsisçisi Sami Saydcarinin sözlərinə görə, belə zərərli kompyuter virusları göstərir ki, insanlar sənaye sistemlərinə hücum etmək istəyir və buna nail ola bilirlər. “Sənayedə nəzarət sistemi hədəf alınır, insanların həyatı və sistemlər özü risk altında qalır. Bu, böyük dəyişiklikdir.”-deyə o bildirir.

Mütəxəssislər deyir ki, Staksnet İranda Buşehr nüvə eletkrik stansiyasında nəzarət sistemlərini nədəf almaq üçün yaradılıb. Onların bildirdiyinə görə, virus xüsusilə də yüksək səviyyədə nəzarət və Almaniyanın Siemens şirkətinin hazırladığı məlumat bazası sistemini hədəf alır.

Mütəxəssislər bildirir ki, stansiyaya daxil edildikdən sonra bu virus məlumatları oğurlaya, hətta məlumatlar bazasını tamamilə boşalda bilər. Bu isə soyutma nasosları kimi sistemlərin yararsız hala düşməsinə gətirib çıxara bilər.

Sami Sadjari deyir ki, nüvə elektrik stansiyalarının belə zəif cəhəti böyük narathatlıq yaradır, lakin əlavə edir ki, bu təhlükə təkcə nüvə və elektrik stansiyalarına aid deyil.

Onun sözlərinə görə, bütün sənaye sahələrində, məsələn, kimya zavodlarında sistemlərdə bir partlayış çox sayda insanın ölümülə nəticələ biləcək böyük fəlakətə səbəb olardı.

Hələliksə, virus ən çox İranda yayılıb. Viruslar əleyhinə proqramlar hazırlayan komyuter şirkəti Symantec 60 000 kompyuterə zərər dəydiyini bildirir.

Virusun bu miqyasda və belə məharətlə sistemlərə daxil edilməsi faktı bəzilərini bunun arxasında bütöv bir dövlətin durduğuna inandırıb. Belə qabiliyyətə və siyasi motivlərə malik iki ölkə kimi Birləşmiş Ştatlar və İsrailin adları çəkilir.

Lakin kibernetik təhlükəsizlik və texnologiya məsələləri üzrə təhlilçilər nəticə çıxarmağın hələ tez olduğunu düşünürlər.

Rendi Abrams İnternetdə təhlükəsizlik şirkəti olan ESET-də texniki təhsil üzrə direktordur. O deyir ki, belə bir kompyuter hücumunun arxasında bir dövlətin dayandığı fikrinə baxmayaraq, bu, belə olmaya da bilər.

Onun sözlərinə görə, bu, başqa motivləri olan çox peşəkar insanlardan ibarət bir qrup tərəfindən də həyata keçirilə bilər. “Bir mümkün motiv odur ki, SCADA sistemlərini yaxşı başa düşən və güclü texniki qabiliyyətlərə malik olan bir, ya da iki adam sistemlərin qorunmadığı və hücuma məruz qala bildiyinə diqqəti çəkmək üçün bunu edə bilər.”

Xarici Əlaqələr Şurasında rəhlilçi Adam Seqal deyir ki, bu hücum verilən cavablardan daha çox sual doğurur. “İndi bütün diqqət İran üzərində mərkəzləşib, lakin bir neçə həftədən sonra Hindistan, Pakistan, ya da İndoneziyada sənaye sistemlərinin hədəf alındığının şahidi ola bilərik. Hələ ki, biz mülahizə qururuq, əslində nə olduğunu tam bilmirik.”

Daha bir sual virusun İranda nüvə elektrik stansiyasına necə daxil olmasıdır. Sənaye sistemlərinin böyük hissəsi birbaşa İnternetlə əlaqədar deyil. Təhlükəsizlik məsələləri üzrə ekspertlər və tədqiqatçılar deyir ki, İranın nüvə elektrik stansiyasında SCADA sistemlərinə virus fleş kart vasitəsilə düşüb.

Lakin bir məsələ aydındır ki, Staksnet virusu sənaye nəzarət sistemləri üçün böyük təhlükə yaradır və dünya ölkələrinin hökumətləri təhlükəsizliyi artırmaq üçün daha çox iş görməlidir.

Sami Saydjari deyir ki, bu, 1950-ci illərdə Sputnikin kosmosa göndərilməsindən sonra fəzanın mənimsənilməsi sahəsində yarışa bənzəyir. İndi bu, kibernetik məkana nəzarət uğrunda yarışdır.

XS
SM
MD
LG