Accessibility links

Bloq: Dağlıq Qarabağda Suriya erməniləri?


Dağlıq Qarabağın xəritəsi
Dağlıq Qarabağın xəritəsi

Azərbaycan Xarici İşlər Nazirliyi Azərbaycanın işğal olunmuş ərazilərində Suriyadan olan erməni qaçqınların yerləşdirilməsini yolverilməz sayır

Turan Agentliyinin məlumatına görə, Dağlıq Qarabağda Ermənistanın “Daşnaksütyun” Partiyasının yerli nümayəndəliyinin keçirdiyi “dəyirmi masa”da Suriya ermənilərinə yardım məsələsi müzakirə olunub. Müzakirələrdə qeyri-hökumət və ictimai-siyasi təşkilatların nümayəndələri iştirak edib.

Ermənistanın “Arminfo” Agentliyinin məlumatına görə isə dəyirmi masada qeyd olunub ki, Qarabağ erməniləri suriyalı ermənilərə yardım göstərməyə və onları qəbul etməyə hazırdır.

“Hazırda Suriyadan 5 erməni ailəsi daimi yaşamaq üçün Laçın rayonuna gəlib. “Rayon administrasiyasının rəhbəri” Suren Xaçatryanın sözlərinə görə, daha 7 ailənin gəlişi gözlənilir.

Öz növbəsində Azərbaycan Xarici İşlər Nazirliyi Azərbaycanın işğal olunmuş ərazilərində Suriyadan olan erməni qaçqınların yerləşdirilməsinin yolverilməz olduğunu bildirib.
APA agentliyinin məlumatına görə, Azərbaycan artıq bununla bağlı BMT-yə, ATƏT-ə, Minsk Qrupuna həmsədrlik edən ölkələrə öz narahatlığını ifadə edib. Xarici İşlər Nazirliyindən bildiriblər ki, ATƏT-in Minsk Qrupu Azərbaycanın işğal olunmuş ərazilərində qeyri-qanuni məskunlaşma faktlarını araşdırmaq üçün dəfələrlə monitorinq keçirib.

“Monitorinqlər zamanı Dağlıq Qarabağ və işğal olunmuş digər Azərbaycan torpaqlarında ermənilər tərəfindən qeyri-qanuni məskunlaşma siyasəti aparıldığı müəyyənləşib. Beynəlxalq ictimaiyyət bu siyasətin davam etdirilməsinə imkan verməməlidir”.

“Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması” İctimai Birliyi də Suriyada yaşayan ermənilərin Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ ərazisinə köçürülməsi barədə Ermənistan mətbuatında verilən məlumatlarla bağlı etiraz bəyanatı verib. “Son vaxtlar Suriyadakı vəziyyətlə əlaqədar rejimə dəstək verən ermənilər baş verəcək hadisələrin qorxusundan ölkədən qaçır, Ermənistanda isə onların Azərbaycanın işğal altındakı ərazilərində yerləşdirilməsi məsələsi müzakirə olunmaqdadır. Verilən məlumatlara görə, onların Qarabağda yerləşdirilməsi üçün “Yenidən məskunlaşma üzrə İctimai Şura” yaratmaq, suriyalı ermənilərin işğal altındakı bölgələrdə düşərgə formasında məskunlaşdırılması təklifləri irəli sürülüb. Bütün bunlar Azərbaycan xalqının, o cümlədən Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının kəskin etirazına səbəb olub və qətiyyətlə pislənir”, - deyə birlikdən APA agentliyinə deyiblər.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG