Accessibility links

Azərbaycan XİN: Dağlıq Qarabağın tanınması Minsk Qrupu prosesinə son qoymaq mənası daşıyır


Azərbaycan Xarici İşlər Nazirliyi İrana etiraz notası verib

Azərbaycan Xarici İşlər Nazirliyi İrana etiraz notası verib

Mayın 5-də Ermənistan hökuməti növbəti iclasında müxalif deputatlar Zarui Postancyan və Qrant Baqratyanın təqdim etdiyi "Artsax Respublikasının tanınması haqqında" qanun layihəsinə baxacaq.

Qanun layihəsi təqdir edilərsə, parlamentə göndəriləcək.

Qeyd edək ki, Zarui Postancyan bundan əvvəl iki dəfə buna bənzər sənəd təqdim edib. Hakimiyyətdə olan əksəriyyətin Yerevanın Dağlıq Qarabağı tanımasının münaqişənin həlli üzrə sülh danışıqlarına son qoyacağı haqqında mövqeyi ilə əlaqədar bu sənədlər parlamentdə qəbul edilməyib.

Ermənistan prezidenti Serj Sarkisyan da dəfələrlə hərbi əməliyyatlar başlayacağı təqdirdə Ermənistanın Dağlıq Qarabağın müstəqilliyini tanıyacağı ilə hədələyib.

Azərbaycan Xarici İşlər Nazirliyi Ermənistanın Dağlıq Qarabağı tanıyacağı barədə açıqlamalarına münasibət bildirib.

Nazirliyin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib: “Azərbaycan Respublikasının işğal edilmiş ərazilərində yaradılmış qondarma rejimin Ermənistan tərəfindən tanınması rəsmi Yerevanın Minsk Qrupu prosesinə son qoyması mənası daşıyır ki, bu halda Minsk Qrupunun danışıqlar aparmaq üçün artıq heç bir mandatı olmayacaqdır. Bu, Minsk qrupu prosesi, onun həmsədrləri və bütün beynəlxalq ictimaiyyətə qarşı təhqir və özbaşınalığın ifrat nümunəsidir.

Ermənistanın bu kimi təxribatçı əməllərinə beynəlxalq ictimaiyyət tərəfindən adekvat münasibət bildirilməlidir”, mətbuat xidmətinin rəhbəri qeyd edib.

XS
SM
MD
LG