Accessibility links

Elmar Məmmədyarov: “Rusiya bütün ciddiliyi ilə məşğul olarsa, status-kvo dəyişəcək”


កងកិត្តិយស​ត្រែទ័ព​កម្ពុជា​កាន់​កម្រងផ្កា​នៅ​មុខ​រូបសំណាក​អតីត​ព្រះមហាក្សត្រ នរោត្តម សីហនុ​ នៅ​ថ្ងៃ​ទី​១៥​ ខែ​តុលា​ ឆ្នាំ​២០១៩​ ក្នុង​រាជធានី​ភ្នំពេញ។ (ហ៊ុល រស្មី/VOA)
កងកិត្តិយស​ត្រែទ័ព​កម្ពុជា​កាន់​កម្រងផ្កា​នៅ​មុខ​រូបសំណាក​អតីត​ព្រះមហាក្សត្រ នរោត្តម សីហនុ​ នៅ​ថ្ងៃ​ទី​១៥​ ខែ​តុលា​ ឆ្នាំ​២០១៩​ ក្នុង​រាជធានី​ភ្នំពេញ។ (ហ៊ុល រស្មី/VOA)

Dağlıq Qarabağ ərazisində hər hansı güc əməliyyatlarının və hərbi hərəkətlərin aparılması Azərbaycanın daxili işi deyil. Bunu Rusiya xarici işlər naziri Sergey Lavrov yanvarın 17-də Moskvada mətbuat konfransında bildirib.

Sergey Lavrov
Sergey Lavrov

“Bakı işğal edilmiş ərazilərdə əks-terror əməliyyatlarına başlayarsa Moskvanın mövqeyi necə olacaq, Moskva buna göz yumacaq, yoxsa Azərbaycanın daxili işlərinə qarışacaq?”- sualının cavabında Lavrov deyib: “Bu, Azərbaycanın daxili işi ilə bağlı mövzu deyil”.

Nazir xatırladıb ki, “münaqişənin qızğın vaxtı BMT Təhlükəsizlik Şurası xeyli qərar qəbul edib və atəşin dayandırılmasını tələb edib”.

“Əgər arxivlərə müraciət etsək atəskəs barədə tələbə necə əməl edildiyini, kimin əməl etdiyini, kimin etmədiyini görmək olar”, - “İnterfaks-Azərbaycan” Lavrovdan sitat gətirib.

Onun sözlərinə görə, “Rusiya Federasiyası və ATƏT-in vasitəçiliyilə atəşkəsin baş tutduğu vaxtdan bu yana işğal olunmuş ərazilərin azad edilməsi tələbi qüvvədədir”.

“Ancaq bu, heç bir halda güc yolu ilə olmamalıdır və Dağlıq Qarabağın yekun statusu müəyyən edilməlidir”, - nazir vurğulayb.

Lavrov qeyd edib ki, bütün bunlar ATƏT-in Minsk Qrupunun həmsədr ölkələri - Rusiya, ABŞ və Fransanın hazırladığı və həmsədr ölkələrin prezidentlərinin qəbul etdiyi bəyanatlarda, Ermənistan və Azərbaycan prezidentlərinin imzaladıqları sənədlərdə əksini tapıb.

“2016-cı ilin aprelində baş verən qanlı hadisələr böyük həyəcan doğurur. Rusiya qan tökülməsinin dayandırılmasında həlledici rol oynayıb”, Lavrov vurğulayıb.

Onun sözlərinə görə, tərəflərin qarşılıqlı ittihamlarını nəzərə alaraq Rusiyanın vasitəçiliyilə Ermənistan və Azərbaycan rəhbərlərinin səviyyəsində görüşlər zamanı, həmçinin Vyana görüşündə insidentlərin araşdırılması mexanizminin yaradılmasının, təmas xəttində ATƏT müşahidəçilərinin sayının artırılmasının vacibliyi barədə razılıq əldə olunub.

“Hələlik belə zərurət həyata keçirilə bilməz, çünki hələ ki ATƏT-də konsensus yoxdur. Bunun səbəbləri barədə təşkilatın nümayəndəsindən öyrənmək olar”, nazir əlavə edib

Öz növbəsində, Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov APA agentliyinə müsahibəsində Rusiya xarici işlər nazirinin dedikləri barədə münasibət bildirib.

Müsahibəni təqdim edirik:

Xarici işlər naziri Elmar Məmmədyarov
Xarici işlər naziri Elmar Məmmədyarov

- Rusiya xarici işlər naziri Sergey Lavrov Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın daxili işi olmadığını bildirir. Buna münasibətiniz necədir?

- Qeyd etmək istərdim ki, Azərbaycanın ərazi bütövlüyü və suverenliyini bütün beynəlxalq ictimaiyyət tanıyır və dəstəkləyir. O ki qaldı sülh prosesinə, ATƏT-in Minsk Qrupunun həmsədrlərinin vasitəçiliyi ilə aparılan danışıqlar prosesi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüququn norma və prinsipləri əsasında həlli üçün beynəlxalq platformadır. Münaqişənin həlli əlaqədar beynəlxalq təşkilatların beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanan çoxsaylı qərar və qətnamələri var.

Münaqişənin həlli ilə əlaqədar ən vacib sənədlər BMT Təhlükəsizlik Şurasının 822 (1993), 853 (1993), 874 (1993), 884 (1993) saylı qətnamələridir. Bu qətnamələrdə BMT Təhlükəsizlik Şurası Azərbaycana qarşı gücdən istifadə edilməsini və onun torpaqlarının işğal edilməsini pisləyib. Bu qətnamələrdə BMT TŞ Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə hörmətini bir daha ifadə edib və Dağlıq Qarabağ regionunun Azərbaycanın ayrılmaz hissəsi olduğunu bir daha təsdiq edib və işğal olunmuş ərazilərdən bütün işğalçı qüvvələrin dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edib. Bu çağırış deyil, BMT TŞ-nın tələbidir.

- Rusiya xarici işlər naziri Dağlıq Qarabağın statusu məsələsinə də toxunur. Bu fikirlər barədə nə deyə bilərsiniz?

- Azərbaycan Respublikasının prezidenti “Sputnik” İnformasiya agentliyinə müsahibəsində bir daha status məsələsinə aydınlıq gətirdi. Dövlətimizin başçısı bildirdi ki, Azərbaycanın ərazi bütövlüyü məsələsində kompromis ola bilməz, lakin yerli özünüidarə, Dağlıq Qarabağın özünüidarəsi məsələlərinə dair kompromis ola bilər. Əgər razılığa gəlsək, bu, gələcəkdə muxtar respublika ola bilər.

- Rusiya xarici işlər naziri aprel döyüşlərinə və atəşkəsin əldə olunmasında Rusiyanın rolunu da qeyd edir.

- Aprel döyüşləri və ötən il dekabrın 29-da Ermənistan-Azərbaycan sərhədində baş vermiş insident bir daha göstərdi ki, Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərində mövcudluğu regionda gərginliyin əsas mənbəyidir. ATƏT-in Minsk Qrupunun həmsədrləri dövlət başçıları səviyyəsində status-kvonun qəbuledilməz və qeyri-davamlı olduğunu dəfələrlə bəyan ediblər. Ötən il aprelin 5-də Moskvada Ermənistan və Azərbaycan silahlı qüvvələrinin baş qərargah rəisləri səviyyəsində atəşkəsin əldə olunması üçün Rusiyanın göstərdiyi səyləri yüksək qiymətləndiririk.

Amma aprel döyüşləri bir daha göstərdi ki, Rusiya ATƏT-in Minsk Qrupunun həmsədr dövləti, həm də qonşu dövlət olaraq münaqişənin tezliklə həll edilməsi üçün səylərini daha da artırmalıdır. Tam şəkildə əminəm ki, əgər Rusiya bütün ciddiliyi ilə məşğul olarsa, status-kvo dəyişəcək, regionda sabitlik təmin olunacaq və Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılması təmin olunacaq.

- Lavrov Bloger Aleksandr Lapşinin azad olunması məsələsinə də toxunub. Bu barədə nə deyə bilərsiniz?

- Bu sırf hüquqi müstəvidə baxılan məsələdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə uyğun olaraq, Azərbaycan sərhədlərini qanunsuz olaraq keçmiş, Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə hörmətsizlik nümayiş etdirmiş S.Lapşin barəsində cinayət işi açılıb. Onun barəsində “Interpol” xətti ilə beynəlxalq axtarış elan edilib. MDB çərçivəsində Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında 2002-ci il Kişinyov konvensiyası əsasında Belarusda saxlanılmış A. Lapşinin ekstradisiyası üçün müvafiq sənədlər təqdim olunub. Rusiyaya qarşı eyni hərəkətləri törətmiş və onun sərhədlərini qanunsuz keçmiş şəxsə münasibətdə də Rusiyanın hüquq-mühafizə orqanları eyni addımları atardılar.

Amerika İcmalı

Amerika İcmalı. Beynəlxalq Mətbuat Azadlığı Günü - Azərbaycanda medianın durumu.
please wait

No media source currently available

0:00 0:30:02 0:00
XS
SM
MD
LG