Accessibility links

Con Kerri terrorla mübarizədə uzunmüddətli strategiyanı açıqlayıb


U.S. Secretary of State John Kerry speaking during a panel session at the World Economic Forum, in Davos, Switzerland, Jan. 23, 2015.

U.S. Secretary of State John Kerry speaking during a panel session at the World Economic Forum, in Davos, Switzerland, Jan. 23, 2015.

ABŞ dövlət katibi Con Kerri ekstremizmə qarşı mübarizədə uzunmüddətli strategiyasını açıqlayıb.

İsveçrənin Davos şəhərində keçirilən ənənəvi Dünya İqtisadi Forumunda liderlər qarşısında çıxış edən cənab Kerri onları vahid mövqe nümayiş etdirməyə çağırıb. O, buraya etibarlı idarəçilik, iqtisadiyyatla yanaşı, siyasi elmi inkişafın daxil olduğunu bildirib.

Con Kerri həmçinin İraq və Suriyada İslam Dövləti yaraqlılarına qarşı beyləlxalq koalisiyanın səylərini vurğulayıb. O bildirib ki, dünya qarşıdakı həftələrdə Yəmən, Şimali Afrika, Somali və Nigeriyada sabitlik və təhlükəsizliyin bərpası üçün birlikdə işləmə davam etməlidir. Dövlət katibi qarşıdakı günlərdə Nigeriyaya səfər edəcəyini də açıqlayıb.

O bildirib ki, zorakı ekstremizmə qarşı mübarizənin qərarı döyüş meydanlarında deyil, sinif otaqlarında, dini mərkəzlərdə veriləcək.

Con Kerri terror hədələri ilə bağlı növbəti sammitin Vaşinqtonda prezident Obama tərəfindən təşkil olunacağını bildirib.

XS
SM
MD
LG