Accessibility links

Demokratlar email-lərin açıqlanmasında Rusiya hakerlərini günahlandırır


ABŞ prezidentliyinə demokrat namizəd Hillari Klinton və onun vitse-prezidentliyə seçdiyi senator Tim Keyn
ABŞ prezidentliyinə demokrat namizəd Hillari Klinton və onun vitse-prezidentliyə seçdiyi senator Tim Keyn

Hillari Klintonun kampaniyası Demokratların Milli Komitəsinin emai sisteminə müdaxilənin respublikaçı namizəd Donald Trampa yardım məqsədilə Rusiya hakerləri tərəfindən edildiyini bildirir. Demokrat partyasının yüksək səviyyəli nümayəndələrinin Hillari Klintona güclü rəqabət yaratmış demokrat senator Berni Sandersin siyasi kampaniyasını zəiflətmək stategeyası üzərində işlədiyinə işarə edən email-ləri partiya qurultayının işə başlamasından öncə açılıb.

Hillari Klintonun seçki kampaniyasının meneceri Robbi Mok CNN televiziyasına müsahibəsində deyib ki, email-lərin ictimaiyyət üçün açıqlanmasının əsas motivi Respublikaçılar partiyasının Rusiyaya daha artıq dəstək verilməsi kursu ilə izah edilə bilər. `Bu email-lərin məhz Demokrat partyasının qurultayə ərəfəsində açılmasını təsadüfi saymıram və bu, narahatlıq doğurur`-deyə o bildirib.

Debbi Vasserman Şults
Debbi Vasserman Şults

Federal Təhqiqatlar Bürosu email-lərə müdaxilə ilə bağlı təhqiqata başlaydığını təsdiq edib. Bu, Rusiya hakerlərinin ABŞ-ın siyasi qurumlarını hədəf alan ilk kiber hücumu deiyil. Keçən həftə Wikileaks təşkilatının veb səhifəsində Demokratların Milli Komitəsinin email-ləri açıqlanmış, lakin məlumatın mənbəyi göstərilməmişdi. Hillari Klintonun kampaniyası bunun arxasında Rusiyanın dayandığını və email-lərin açıqlanmasının əsas səbəbinin Respublikaçılar partiyasının namizədi Donald Trampın kampaniyasına yardım etmək olduğunu bildirib.

Respublikaçı namizəd Donald Tramp keçən həftə Nyu York Times qəzetinə müsahibəsində bildirib ki, NATO müttəfiqləri öz üzərlərinə düşən öhdəlikləri yerinə yetirməsə, o, müttəfiq ölkələri Rusiya təcavüzündən müdafiə etməyəcək. Trampın kampaniyası Rusiyanın onun siyasi kampaniyasına hər hansı bir yardım göstərməsi haqda iddiaları `absurd` adlandırıb.

Demokrat partiyasının qurultayının ilk günü Filadelfiyada etiraz nümayişləri
Demokrat partiyasının qurultayının ilk günü Filadelfiyada etiraz nümayişləri

Email qalmaqalı Demokrat partyasının sədri Debbi Vasserman Şultsun istefası ilə nəticələnib və Demokrat partiyasının gündəliyində dəyişiklikərə səbəb olub. Debbi Vasserman Şultsun qurultayda bütün çıxışları təxirə salınıb. Vermont senatoru Berni Sanders istefanı düzgün qərar adlandırıb. Vermont senatoru qurultayın birinci günü axşam Hillari Klintona dəstək məqsədilə çıxış edəcək. Lakin Sanders tərəfdarları partiyanın namizədlərə eyni münasibət göstərmədiyini bildirərək. qurultayın keçirildiyi Filadelfiya şəhərində bazar günü etiraz nümayişlərinə başlayıb və aksiyaları qurultayın ilk günü davam etdirib.

Federal Təhqiqatlar Bürosu hələlik kiber hücumun Rusiya hökumətinə bağlı hakerlər tərəfindən törədildiyinə dair bir söz deməyib. Lakin indiyə qədər əldə edilmiş dəlillər bunun arxasında ABŞ-ın əks-kəşfiyyat agentlərinə məlum Rusiya hakerlərinin dayandığına işarə edir. Hakerlər bu ilin iyun ayında Demokratların Milli Komitəsinin elektron məlumat bazasından Donald Trampla bağlı məlumatları ələ keçirmişdi.

  • 16x9 Image

    Dilşad Əliyarlı

    Jurnalist və yazar Dilşad Əliyarlı 20 ildən artıqdır "Amerikanın səsi"ndə çalışır. Azərbaycan xidmətində televiziya proqramlarının yaradıcılarından biri olan Dilşad Əliyarlı "Amerika icmalı" proqramının redaktoru və aparıcısıdır. Dilşad Əliyarlı ABŞ-dan Azərbaycan dilində yayımlanan ilk televiziya xəbər proqramının ilk aparıcısı olub. 

XS
SM
MD
LG