Accessibility links

Demokrat namizədlər mühacirlərin səslərini qazanmağa çalışır [Video]


Demokrat namizədlər mühacirlərin səslərini qazanmağa çalışır
please wait

No media source currently available

0:00 0:02:33 0:00

2016-cı il prezident seçkilərində latın amerikalıların səslərini qazanmaq üçün prezidentliyə namizədlər bu həftə mühacirət və qaçqınlarla bağlı siyasət məsələlərini diqqət mərkəzində saxlayır. Hillari Klinton, Berni Sanders və Martin O’Malli Nyu-Yorkda mühacirət tərəfdarı fəallarla görüşdə məsələ ilə bağlı mövqeləri və əhatəli islahatlara dair səylərindən danışıblar.

Keçmiş dövlət katibi Hillari Klinton tənqidlərini respublikaçılar düşərgəsinə yönəldib.

Hillari Klinton: “Respublikaçı namizədlər arasında bir nəfər də olsun vətəndaşlığa aparan real yola dəstək vermir. Senator Rubio 2013-cü ildə mühaciərət dair qanun layihəsinin hazırlanmasına kömək edib. İndi o bunu inkar edir. Onlar ifrat istiqamətdə hərəkət edir və Amerikanın qalan hissəsindən daha çox aralanır.”

Demək olar bütün diqqətini Respublikaçıların düşərgəsinə yönəltmiş Klintondan fərqli olaraq, Vermont senatoru Berni Sanders və Merilend ştatının keçmiş qubernatoru Martin O’Malli demokrat rəqibləri diqqət mərkəzində saxlayır.

2014-cü ildə Mərkəzi Amerika ölkələrində cinayət və imkanların olmaması səbəbi ilə Amerikaya gələn azyaşlı uşaqlardan danışan Sanders Klintonu hədəf alıb.

Berni Sanders: “Demokrat partiyasında da bəziləri daxil olmaqla,çox adamın sərhəddə humanitar böhranın məzkərində olan mühacir uşaqların geri qaytarılması çağırışları məni sarsıtdı. Birləşmiş Ştatlar qaçqın statusu axtaran uşaqlar və ailələr qarşısında beynəlxalq məsuliyyət daşıyır.”

Klinton uşaqların geri qaytarılması siyasətini müdafiə edərək, bunun aillərin öz uşaqlarını təhlükəli səfərə göndərməsinin qarşısını ala biləcəyini deyib.

Hillari Klinton və Berni Sandersdən sonra üçüncü yerdə gələn Martin O’Malli Merilend ştatının qubernatoru olduğu zaman mühacirət siyasətini önə çəkib. O, demokrat rəqiblərini siyasəti prinsiplərdən üstün tutduqlarına görə tənqid edib.

Martin O’Malli: “Biz əhatəli mühacirət islahatlarının həyata keçirilməsi üçün dərin anlaşmanın əldə edilməsi və bizim ölkədə mühacirlərin saxlanma düşərgələrinin genişləndirilməsi kimi çirkin praktikanın dayandırılması üçün bir şey əldə edə bilmirik.”

Martin O’Malli Berni Sandersin 2007-ci ildə əhatəli mühacirət islahatlarına dair qanunun əleyhinə səs verməsini qeyd edib. Mövqeyini o vaxtdan bəzi dəyişən Sanders o zaman qanun layihəsinin az gəlirli işçilərin minimum əmək haqqında təsir göstərə biləcəyini deyib.

XS
SM
MD
LG