Accessibility links

Dennis Rodman 12 basketbol oyunçusu ilə Şimali Koreyaya gedib


Amerikanın sabiq basketbol ulduzu Dennis Rodman Şimali Koreya lideri Kİm Conq Unun ad günündə Şimali Koreya liderinin şərəfinə nümayiş oyunu keçirmək üçün təqaüddə olan 12 basketbol oyunçusu ilə Pxenyana gedib.

Pekini tərk etməzdən əvvəl Rodman hava limanında müxbirlərə səfəri zamanı Şimali Koreyanın insan haqları barədə müzakirələr aparmayacağını deyib.

Pxenyana dördüncü səfərini edən Rodman sonuncu dəfə bu ölkədə ötən ayın axırı olub. Keçən dəfə o, Şimali Koreya basketbol oyunçularına təlim keçib. Ötən səfərində Rodman cənab Kimlə görüşməyib.

Daha əvvəl Rodman ömürlük dostu və yaxşı insan adlandırdığı cənab Kimlə görüşlər keçirib.

ABŞ Dövlət Departamenti Rodmanın ABŞ hökumətini təmsil etmədiyini bildirib.

Dünyaya Baxış

Dünyaya Baxış. Azərbaycan mətbuat azadlığı indeksində 13 pillə geriləyib
please wait

No media source currently available

0:00 0:13:30 0:00

Amerika İcmalı

Amerika İcmalı. Beynəlxalq Mətbuat Azadlığı Günü - Azərbaycanda medianın durumu.
please wait

No media source currently available

0:00 0:30:02 0:00
XS
SM
MD
LG