Accessibility links

ABŞ İlqar Nəsibovun döyülməsini qınayan bəyanatla çıxış edib


ABŞ Dövlət Departamenti Azərbaycanda jurnalist və insan hüquqları fəalı İlqar Nəsibovun döyülməsini qınayan bəyanatla çıxış edib. Bəyanatada deyilir ki, Naxçıvan şəhərində “Demokratiya və QHT-lərin İnkişaf Resurs Mərkəzi”nin direktorunun qəddarcasına döyülməsi ilə bağlı istintaq aparıldığından xəbərdarıq.

”Biz şəffaf və əhatəli istintaqa dəstək verir, bu cinayətin məsuliyyətini daşıyanların ədalət məhkəməsi qarşısına çıxarılacağına ümid bəsləyirik. Biz Azərbaycan hökumətini ifadə, toplaşma və təşkilatlanma azadlığı kimi fundamental hüquqların müdafiəsinə çağırırıq”-deyə bəyanatda qeyd edilib.

Xatırladaq ki, avqustun 22-də axşam saatlarında bir qrup naməlum şəxs Naxçıvanda Qeyri Hökumət Təşkilatlarının və Demokratiyanın İnkişaf Mərkəzinə hücum edib.

Hücum edən şəxslər mərkəzin əməkdaşı İlqar Nəsibovu qəddarcasına döyüb və ofisi dağıdıb.

Mərkəzin direktoru, İ.Nəsibovun həyat yoldaşı Məlahət Nəsibova Amerikanın Səsinə bildirib ki, naməlum şəxslər İlqarı guya problemləri barədə müraciət edəcəkləri adı ilə mərkəzə dəvət edib. “İlqar mərkəzə çatan kimi ona hücum ediblər. O, çoxlu qan itirib və uzun müddət huşsuz vəziyyətdə olub, çoxsaylı xəsarətlər yetirilib”, o bildirib.

Dünyaya Baxış

Dünyaya Baxış.Qubad Ibadoğlu ev dustaqlığına buraxılıb
please wait

No media source currently available

0:00 0:11:22 0:00
XS
SM
MD
LG