Accessibility links

“Eurovision”da Azərbaycanı Diana Hacıyeva təmsil edəcək [Video]


Diana Hacıyeva
Diana Hacıyeva

Mahnı müsabiqəsinin finalı mayın 13-də Kiyevdə keçiriləcək

2017-ci il Eurovision mahnı müsabiqəsində Azərbaycanı Diana Hacıyeva təmsil edəcək.

Bu barədə İctimai Televiziya məlumat yayıb.

Məlumatda deyilir ki, bu barədə dekabrın 5-də 2017-ci ilin “Eurovision” mahnı müsabiqəsində Azərbaycanı təmsil edəcək ifaçının müəyyənləşdirilməsi üzrə münsiflər heyəti qərar qəbul edib.

Diana Hacıyeva Bakı Musiqi Akademiyasını bitirib. O hazırda Bakı Caz Mərkəzində çalışır. Diana Hacıyeva 2010-cu ildə “Eurovision-2011”in seçim turlarında iştirak edib.

Eurovision-2017
Eurovision-2017

“Eurovision 2017” mahnı müsabiqəsinin final mərhələsi bu il mayın 13-də Kiyevdə keçiriləcək. Müsabiqədə 43 ölkə iştirak edəcək.

“Eurovision-2016” müsabiqəsinin qalibi “1944” mahnısı ilə ukraynalı müğənni Camala olub.

XS
SM
MD
LG