Accessibility links

Milli Məclis sosial şəbəkələrdə diffamasiyaya görə cəzanın sərtləşdirilməsi haqqında qanun qəbul edib


Noyabrın 29-da Milli Məclis Cinayət Məcəlləsinə ölkə baş prokurorunun qanunverici təşəbbüs qaydasında təqdim etdiyi düzəlişləri təsdiq edib.

Yeniliklərə əsasən, Cinayət Məcəlləsinə İnternetdə saxta ad və profillərdən istifadə ilə təhqirlərə görə cinayət məsuliyyəti nəzərdə tutan 148-1-ci maddə əlavə edilib.

Bundan sonra bu əməllər 1000 manatdan 1500 manata qədər cərimə və ya 360 saatdan 380 saata qədər ictimai işlər, yaxud 2 ilə qədər islah işləri və ya 1 ilə qədər azadlıqdan məhrumetmə ilə cəzalandırılır.

Bundan başqa, Cinayət Məcəlləsinin 323-cü maddəsinə (prezidentin şərəf və ləyaqətinin müdafiəsi) əlavələr edilib. 323.1-1-ci yeni maddə saxta profillərdən, hesablardan və linklərdən istifadə ilə prezidentin şərəf və ləyaqətinin təhqir edilməsinə görə cinayət məsuliyyəti nəzərdə tutur. Bu əməllərə görə 1000 manatdan 1500 manata qədər cərimə və ya 3 ilə qədər azadlıqdan məhrumetmə tətbiq ediləcək.

Düzəlişlər demokratik ictimaiyyətin və beynəlxalq təşkilatların tənqidinə səbəb olub. Opponentlər qeyd ediblər ki, hökumət ümumiyyətlə diffamasiyaya görə cinayət cəzasını ləğv etməkdən imtina etmək öhdəliyi götürsə də, hazırda bu qanunvericiliyin tətbiq sahələri genişləndirilir.

Bu çağırışlara baxmayaraq, parlament düzəlişləri qəbul edib.

Show comments

XS
SM
MD
LG