Accessibility links

2017-ci ilin dövlət büdcəsinin gəlirləri 15 955 mlrd. manat təşkil edəcək (Ekspert rəyləri)


Azərbaycanın 2017-ci il dövlət büdcəsinin

proqnozlaşdırılan gəlirləri 15,955 mlrd. manat (Mərkəzi Bankın bugünkü kursu ilə 9 milyard, 817 milyon, 253 min, 260 ABŞ dolları), xərcləri isə 16,6 mlrd. manat təşkil edəcək.

"2017-ci ilin dövlət büdcəsi haqqında" qanun layihəsinə görə, gələn ilin büdcə gəlirlərinin 15,313 mlrd. manatını və yaxud 96%-ni mərkəzləşdirilmiş gəlirlər, 642 mln. manatını və yaxud 4%-ni yerli gəlirlər, büdcə xərclərinin 15,882 mlrd. manatını və yaxud 95,7%-ni mərkəzləşdirilmiş xərclər, 718 mln. manatını və yaxud 4,3%-ni yerli xərclər təşkil edəcək.

Gələn ilin dövlət büdcəsində 645 mln. manatlıq və yaxud xərclərin təxminən 4%-i qədər kəsir nəzərdə tutulub.

2016-cı ilin dövlət büdcəsinin gəlirləri 14,56 milyard manat və ya 2015-ci ildəkindən 25,1% az, xərcləri isə 2015-ci illə müqayisədə 22,9% azalaraq 16,26 milyard manat olub.

İqtisad elmləri doktoru Qubad İbadoğlu

Qubad İbadoğlu

Qubad İbadoğlu

bildirir ki, 2017-ci ildə böyük özəlləşdirmə gözlənilmir, ödənişli təhsilin 20 faizə qədər bahalaşması planlaşdırılır.

“Büdcə gəlirlərinin müqayisəli təhlili göstərir ki, növbəti il Azərbaycanda böyük özəlləşdirmə gözlənilmir. Çünki, dövlət əmlakının, özəlləşdirilən dövlət müəssisə və obyektlərinin altındakı torpaqların icarəyə verilməsindən daxilolmalar da bu illə müqayisədə gələn il yalnız 1 milyon manat artım planlaşdırılıb. Növbəti il Azərbaycan Dövlət Neft Fondundan büdcəyə transfer 1 milyard 515 milyon manat az, 6 milyard 100 milyon manat olacaq ki, bu da bütövlükdə büdcə gəlirlərinin 38,1 faizini təşkil edəcək”.

Ekspertin dediyinə görə, gəlirlərin 62 faizinin və ya təxminən 10 milyard manata qədər olan hissəsinin formalaşması sahibkarlar və istehlakçıların üzərinə düşəcək.

“Növbəti ildə əhəmiyyətli artımlardan biri də büdcə təşkilatlarının ödənişli xidmətlərindən daxilolmalar üzrə müşahidə olunacaq. Bu mənbədən daxilolmalarda 48 milyon manat artım proqnozlaşdırılır. Bu isə o deməkdir ki, gələn il ödənili təhsil 20 faizə qədər bahalaşacaq”, o, Facebook səhifəsində yazıb.

İqtisadçı Qadir İbrahimli

İqtisadçı Qadir İbrahimli

İqtisadçı Qadir İbrahimli

Facebook səhifəsində yazır ki, 2017-ci ilin dövlət büdcəsi 10 milyard dollardır, 2014-cü ilin dövlət büdcəsi isə 25 milyard dollar idi.

“Son 2 ildə büdcə 60 faiz kiçilib. Bu həm də iqtisadiyyatın 60 faiz kiçilməsi deməkdir”, ekspert qeyd edib.

Nemət Əliyev

Nemət Əliyev

İqtisadçı Nemət Əliyev

hesab edir ki, gələn il iqtisadi fəallıq daha da zəifləyəcək.

“Növbəti ilin dövlət büdcəsində hökumət investisiya xərclərini daha 1,1 milyard manat ixtisar edəcək. Cəmi 1,9 milyard manat əsaslı vəsait qoyuluşu planlaşdırılır ki, bu da cari ilin büdcəsi ilə müqayisədə 38%, ötən ilin büdcəsi ilə müqayisədə 73% azdır. Deməli, tikinti sektorunda vəziyyət gələn il də düzəlməyəcək”.

Ekspertin fikrincə, hökumətin investisiyalara münasibəti həm yerli, həm də xarici investorlara mənfi təsir göstərəcək.

“Odur ki, 2017-ci ildə ölkəmizə ümumi investisiya qoyuluşunun azalacağı çox realdır. Manatın alıcılıq qabiliyyətini də əlavə etsək, bu sahədə vəziyyətin nə dərəcədə ürəkaçan olmadığı aydın olar. İnvestisiyalar azalacaqsa, iqtisadi inkişafa ümid bağlamaq əbəsdir”.

Onun sözlərinə görə, gələn il müdafiə xərcləri 27,5%, sosial müdafiə və sosial təminat xərcləri 21,5%, mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi xərcləri 30,5%, mənzil və kommunal təsərrüfat xərcləri 32% azaldılacaq.

“Ümumi xərclərin azalması ilə "tələb" amili daha da zəifləyəcək ki, bu da yerli istehsalı geri salacaq”, ekspert qeyd edir.

XS
SM
MD
LG