Accessibility links

Dünya Çempionatında ev sahibiliyə aparan keşməkeşli tarix


Afrikada keçiriləcək ilk Dünya Çempionatına ev sahibliyi etmək Cənubi Afrika Respublikası üçün böyük fəxrdir

6 il əvvəl Cənubi Afrika Respublikası seçmələrdə qalib gəlməklə Dünya çempionatına ev sahibliyi edəcək ilk Afrika ölkəsi kimi tarixə düşdü. Ölkənin aparteid siyasəyinin ləğv olunmasından sonra ilk prezidenti Nelson Mandela bu kampaniya üçün böyük əziyyət çəkib. Çünki o, bu kampaniyanı illərdir davam edən irqi ayrıseçkilik və münaqişələrdən sonra daha böyük barışıq kimi görürdü.

Denni Cordan Cənubi Afrika Təşkilat Komitəsinin sədridir: “Biz 1990-cı ildə Nelson Mandelanın həbsdən çıxmasını yeni Cənubi Afrika Respublikasının yaranmasının başlanğıcı kimi görürdük. 1994-cü il seçkilərindən sonra biz yeni demokratik, cinsi ayrıseçkiliyə məhəl qoymayaq dövlət qurmağa çalışdıq”.

1994- cü ildə ABŞ-da təşkil olunan Dünya Çempionatı zamanı Cənubi Afrika rəsmiləri görüşlər keçirmiş və 2006-cı il Dünya Çempionatında iştirak üçün keçirilən müsabiqədə iştiraka qərar vermişdilər.

Cənubi Afrika səsvermədə 1 səslə Almaniyaya məğlub oldu. Ancaq Cordan deyir ki, bu yalnız komandamının səylərini gücləndirməyə xidmət etdi.

Cənubi Afrika hökuməti Dünya Çempionatının təşkili üçün lazımı infrastrukturların kütləvi insaşına başladı. Hökumət stadionlar, nəqliyyat vasitələri, təhlükəsizlik fəaliyyətləri və kommunikasiyalara milyardlar pul yatırdı.

Ancaq Cordan deyir ki, xüsusilə bölünmələr və konfliktlərlə dolu tarixə malik bir ölkə bunlara layiq idi: “Dünya Çempionatı toxumların əkilməsinin başlanğıcıdır. Bu, əhalini birləşdirici rol oynayır. Dövlət quruculuğu, sosial birlik Dünya çempuionatıınn əhəmiyyətli nəticəsidir. Biz bu günədək olanlardan razıyıq”.

Dünya Çempionatı gələcəkdə iqtisadi inkişaf üçün yeni infrastruktur vərdişi buraxacaq. Və bu Afrikanın dünya səhnəsində yerinin olmasına inanlar üçün bir öhdəliklik hiss aşılayır.

  • 16x9 Image

    Emil Quliyev

    Amerikanın Səsində 2007-ci ildən fəaliyyət göstərir. "Amerikana" proqramının təsisçisi və aparıcısı, "Amerika İcmalı" həftəlik televiziya proqramının baş prodüseridir.  Çoxsaylı siyasi, sosial və analitik müsahibə və reportajların müəllifidir.

XS
SM
MD
LG