Accessibility links

Futbol üzrə Dünya Çempionatında final uğrunda 4 komanda mübarizə aparır


Futbol üzrə Dünya Çempionatında final uğrunda 4 komanda mübarizə aparır

Futbol üzrə Dünya Çempionatında final uğrunda 4 komanda mübarizə aparır

Yarımfinalda iştirak edən komandaların çempion olmaq şansları bərabər qiymətləndirilir

Dünya Kuboku həyəcanı artıq başa çatmaq üzrədir. Bir ay çempionatın son bir həftəsinə daxil olduğumuz bir zamanda kubok uğrunda mübarizə davam etdirən 4 komanda növbəti oyunlarına hazırlaşır. Yarımfinalda iştirak edən komandaların çempion olmaq şansları bərabər qiymətləndirilir.

Cənubi Afrikada keçirilən Dünya Kubokunda yarımfinal mərhələsinin ilk oyununda sabah Hollandiya ilə Uruqvay yığmaları Keyp Taunda qarşı-qarşıya gələcəklər. 32 ölkənin iştirak etdiyi çempionatda kubok uğrunda mübarizəni artıq cəmi 4 komanda davam etdirir. Çərşənbə günü Durbanda İspaniya ilə Almaniya qarşılaşacaq. Qaliblər iyulun 11-i Yohannesburqda keçiriləcək final oyununa vəsiqə qazanacaq.

Dünya çempionatının favoriti kimi göstərilən Braziliya məğlub etməklərinə baxmayaraq Holland baş məşqçi Bert Van Marvik Uruqvaya qarşı hörmətsizlik etməkdiklərini bildirib və bu komandanı döyüşçülər, mübarizlər adlandırıb. Kart və zədə səbəbilə hər iki komanda oyuna itkilərlə çıxacaq. Uruqvaydan kart aldıqlarına görə hücumçu Luiz Suarez və müdafiəçi Yorge Fusil meydançaya çıxmayacaq. Zədəli kapitan Dueqo Luqano və yarımmüdafiəçi Nikolas Lodeyronun oynayıb-oynamayacağı hələlik bəlli deyil. Hollandiya komandası isə müdafiəçi Qreqori van der Vil və Nigel de Conqsun oyuna çıxacaq.

Dünya reytinqində 16-cı olan Uruqvay 1930 və 50-ci illərdə dünya çempionu olub. İki dəfə 1974 və 1978-ci illərdə finala yüksələn hollandlar isə hər iki şanslarından yaralana bilməyib. Hollandiya hazırda dünya reytinqində 4-cü yerdədir.

  • 16x9 Image

    Emil Quliyev

    Amerikanın Səsində 2007-ci ildən fəaliyyət göstərir. "Amerikana" proqramının təsisçisi və aparıcısı, "Amerika İcmalı" həftəlik televiziya proqramının baş prodüseridir.  Çoxsaylı siyasi, sosial və analitik müsahibə və reportajların müəllifidir.

XS
SM
MD
LG