Accessibility links

Tərəflər 3 təşəbbüsü müzakirə etmək üçün təkbətək görüş keçirir

Avropa Birliyi, ABŞ-dan bir qrup yüksək vəzifəli diplomat, Rusiya, Fransa və Suriyanın əsas müxalif koalisiyası Suriyada iki ildən artıqdır davam edən döyüşlərə son qoymağı nəzərdə tutan 3 təşəbbüsü müzakirə etmək üçün təkbətək işləyirlər.

Brüsseldə toplaşan Avropa Birliyi nazirləri bu həftənin cümə günü müddəti başa çatacaq Suriyaya silah embarqosunun gələcəyinə dair qərar verməlidir.

Böyük Britaniya və Fransa Suriya müxalifətinə silah göndərməyə icazə verilməsinə çalışır.

Keçən həftə Britaniya xarici işlər naziri Vilyam Heyq deyib ki, Avropa Birliyi embarqonu ləğv etsə, üsyançılara silah göndərmək barədə qərar qarşıdakı günlərdə açıqlana bilər.
XS
SM
MD
LG