Accessibility links

Dünyada böhranlar və münaqişələrin artması ilə qaçqınların sayı artıb. Bu, BMT-nin qaçqınlar üzrə baş komissiarı Antonio Qurettesin sözləridir. “Dünyamız getdikcə gözlənilməzliklərlə dolur. Zorakılıqlar və münaqişələr çoxalır. Münaqişələr artdıqca əvvəlkilər ölməzləşir. Münaqişələrin çox az hissəsi siyasi yolla həll edilir. Bu isə Əfqanıstan, Somali və Konqo kimi ölkələrdən qaçanların geri dönməsini imkansız edir. Pakitan,Sudan kimi ölkələrdə düşərgələrdə nəsillər böyüyür.”

Agentliyin qlobal səylərinə yardım məqsədi ilə ABŞ 2012-ci il üçün 482.05 milyon dollar məbləğində yardım ayırıb. Bu,2011-ci ildə ayrılan 125 milyon dollarlıq yardıma və Suriya, Sudan, Cənubi Sudan və Malinin ehtiyac duyan əhalisi üçün 28. 2 milyon dollarlıq fonda əlavədir.

Yardım ABŞ Dövlət Departamentinin Əhali açqınlar və miqarsiya şöbəsi tərəfindən göstərilir.

Vəsait BMT-nin Qaçqınlar Agentliyinin Əfqanıstan, İraq, Yəmən, Nepal, Pakistan, Gürcüstan, Cənubi Sudan, Çad, Kenya və Konqonun məcburi köckünlərinin evlərinə qaytarılmasına yardım etməlidir. Buraya təbii fəlakətlər və zorakılıqlar səbəbi ilə evlərini tərk edib xaricdə sığınacaq tapan qaçqınlar da daxildir. Vəsait onların ərzaq, sığınacaq, su dərman və təhsil ehtiyaclarını qarşılayacaq.

2011-ci ildə ABŞ BMT-nin Qaçqınlar Agenliyinə 690 milyon dollarlıq vəsaitlə yardım göstərib. Amerika Birləşmiş Ştatları agentlik və onun partnyorları olan GHT-nın gələcək fəaliyyətlərini dəstəkləyəcək.

XS
SM
MD
LG