Accessibility links

Dünyanın ən uzun tunelinin açılışı olub


İsveçrə dünyanın ən uzun və ən dərin dəmir yolu tunelinin açılışını Qotthardda təntənəli mərasimlə qeyd edib.

İsveçrəyə qonşu ölkələrin liderləri - İtaliya baş naziri Mateo Renzi, Almaniya kansleri Angela Merkel və Fransa prezidenti Fransua Olland Avropa həmrəyliyi nümayiş etdirərək tədbirə qatılıb.

57 kilometr uzunluqda olan Qotthard Tuneli Alp dağlarının dərinliklərindən keçərək Avropanın əsas dəmir yolu xəttini şimalda Rotterdamdan cənubda Genoa ilə birləşdirir. İki kanallı tuneli mühəndislər 17 ilə başa gətirib və tunel Alp dağlarının 2300 metr dərinliklərinədək daxil olur.

Yüksək sürətli sərnişin qatarı tunellə 17 dəqiqə yol gedir. Bir aylıq sınaq istifadəsindən sonra Qotthard tuneli gündəlik istifadəyə açıq olacaq. Bu ilin sonunadək 260 yük və 65 sərnişin qatarı tuneldən istifadə edəcək.

Dünyaya Baxış

Dünyaya Baxış. İsrail ABŞ-ın bəzi silah tədarükünü dayandırmaq qərarına etiraz edir
please wait

No media source currently available

0:00 0:13:11 0:00

Amerika İcmalı

Amerika İcmalı. Beynəlxalq Mətbuat Azadlığı Günü - Azərbaycanda medianın durumu.
please wait

No media source currently available

0:00 0:30:02 0:00
XS
SM
MD
LG