Accessibility links

Dəyirmi masa: Azərbaycan-Rusiya əlaqələri


Dəyirmi masa: Azərbaycan-Rusiya əlaqələri

Dəyirmi masa: Azərbaycan-Rusiya əlaqələri

İlqar Məmmədov: “Rusiya-Azərbaycan əlaqələrinin soyuqlaşmasının təşəbbüskarı Azərbaycandır”. Zəfər Quliyev: “İki ölkə arasında əlaqələri soyuqlaşmış adlandırmaq olmaz”

Son zamanlar Azərbaycan Rusiya münasibətlərində dəyişiklik hiss olunmaqdadır. Bu dəyişiklik xüsusilə Azərbaycan, Ermənistan və Rusiya prezidentlərinin Sankt-Peterburq görüşündən sonra gözə çarpmağa başlayıb. Digər tərəfdən Rusiya prezident administrasiyasının rəhbəri Serqey Narışkinin Bakıya səfəri bugünkü dəyirmə masa söhbətimizi Azərbaycan-Rusiya əlaqələrinə həsr etməyimizə səbəb olub.

Proqramın qonağı Respublikaçı Alternativ Vətəndaş Birliyinin həmtəsisçisi İlqar Məmmədovun sözlərinə görə, Rusiya ilə Azərbaycan arasında əlaqələr son bir ildə soyuqlaşmaq üzrə gedir və bunun təşəbbüskarı Azərbaycan tərəfidir. Azərbaycanın haqlı olduğunu bildirən cənab Məmmədov 2009-cu ildə Rusiyanın rəsmi Bakını Dağlıq Qarabağ danışıqlarında irəliləyiş olacağına inandırmağa çalışdığını xatırladır. O deyir ki, bunun əvəzində Rusiya illərdir və hətta əsrlərdir davam edən siyasətini 2010-cu ildə də nümayiş etdirdi.

Turan informasiya agentliyinin Siyasi şərhçisi Zəfər Quliyev isə iki ölkə arasındakı əlaqələri soyuqlaşmış kimi qiymətləndirmir. O deyir ki, bir il bundan əvvəl Azərbaycanın xarici siyasətində balans Rusiyanın xeyrinə pozulmuşdu və indiki mərhələdə isə Azərbaycan hazırda o balansı gözləməyə çalışır. Azərbaycan son vaxtlar daha praqmatik siyasət yürütdüyünü deyən siyasi şərhçi burada əsas məsləhətləşmələrin Türkiyə ilə aparıldığını bildirir. Onun sözlərinə görə, Dağlıq Qarabağ məsələsinin həllində Rusiyanın təsir imkanları çoxdur. Baxmayaraq ki, Rusiya hələlik bu imkanlardan istifadə etmir, lakin hər halda qonşu ölkə ilə münasibətləri yaxşı səviyyə saxlamaq Azərbaycanın indiki mərhələdə konyuktur maraqlarına xidmət edir. Dəyirmi masaya tam şəkildə qulaq asın:

  • 16x9 Image

    Emil Quliyev

    Amerikanın Səsində 2007-ci ildən fəaliyyət göstərir. "Amerikana" proqramının təsisçisi və aparıcısı, "Amerika İcmalı" həftəlik televiziya proqramının baş prodüseridir.  Çoxsaylı siyasi, sosial və analitik müsahibə və reportajların müəllifidir.

XS
SM
MD
LG