Accessibility links

Dəyirmi Masa: Dağlıq Qarabağ sülh danışıqları


Dəyirmi Masa: Dağlıq Qarabağ sülh danışıqları
Dəyirmi Masa: Dağlıq Qarabağ sülh danışıqları

Oktyabrın 27-də 2+1 formatında Azərbaycan, Ermənistan və Rusiya liderləri bir araya gələrək Dağlıq Qarabağ münaqişəsinin nizamlanma yollarını müzakirə etmişlər. ATƏT-in Astana sammiti ərəfəsində keçirilən bu görüşdə prezidentlər hərbi əsirlərin dəyişdirilməsini, həlak olanların cəsədlərinin qaytarılmasını nəzərdə tutan birgə bəyanat qəbul ediblər. Lakin müşahidəçilərin gözləntilərinə uyğun olaraq münaqişənin yekun həllinə doğru əhəmiyyətli irəliləyiş qeydə alınmayıb. Prezident səviyyəsində təmasları, danışıqların gedişatını və münaqişənin nizamlanması perspektivlərini müzakirə etmək üçün dəyirmi masa söhbətimizə Azərbaycan Naminə İctimai Forumun rəhbəri Eldar Namazov və Atlas Araşdırmalar Mərkəzinin sədri Elxan Şahinoğlunu dəvət etdik.

Dəyirmi masa söhbətini sağ küncdəki "MP3" adlı linkə daxil olmaqla dinləyə bilərsiniz.

XS
SM
MD
LG