Accessibility links

Kaliforniya ştatının şimal, Sakit okean sahillərində son 25 ildə ən güclü zəlzələ baş verməsi səbəbindən qubernator Cerri Braun bölgədə fövqəladə vəziyyət elan edib. Bazar günü səhərə yaxın baş verən 6.0 bal gücündəki zəlzələ insanları yataqlarından durub qaçmağa məcbur edib.

Zəlzələ zamanı əsasən zərərin San-Fransisko şəhərinin 50 km-liyində Kaliforniyanın şərabçılıq regionundakı Napa şəhərinə dəydiyi, 100-dən çox adamın yaralandığı bildirirlir.

Zəlzələ zamanı eləcə də çox sayda binaya xəsarət dəydiyi, qaz borularının partladığı üçün bəzi binaların tamamilə yanıb külə döndüyü, küçələrdə isə əzilmiş avtomobillərin və dağıntıların olduğu deyilir. Bölgədə qaz və suyun kəsildiyi bildirilir.

Ekspertlərin dediyinə görə, qarşıdan gələn həftə ərzində 70-ə qədər yeraltı təkan gözlənir.

XS
SM
MD
LG