Accessibility links

Ukrayna rəsmiləri Rusiyanın Ukraynanın şərqini güclü atəşə tutduğunu bildirir


Ukrayna rəsmiləri Rusiyanın şərqindəki Donetsk bölgəsini atəşə tutduğunu, Rusiya isə Ukraynanın pilotsuz təyyarəsinin Qara dəniz yaxınlığındakı bölgədə hücumunun qarşısını aldığını bildirib.

Donetsk vilayətinin qubernatoru Vadim Filaşkin Telegram kanalında Rusiyanın Siversk şəhərini atəşə tutması nəticəsində 4 nəfərin həlak olduğunu bildirib.

Rusiya 2022-ci ilin əvvəlində Ukraynaya təcavüz etdikdən sonra bu əraziyə dəfələrlə zərbələr endirib.

Rusiya Müdafiə Nazirliyi Hava Hücumundan Müdafiə Qüvvələrinin Krım yaxınlığındakı Krasnodar bölgəsi üzərində Ukraynaya məxsus pilotsuz təyyarəni məhv etdiyini bildirib.

Ukrayna prezidenti Volodimir Zelenski Rusiyanın Rusiya hər gün "əhəmiyyətli zərər vuran" hücumlarından qorunmaq üçün müttəfiqlərinə Ukraynanın hava hücumundan müdafiəsinə əlavə yardım çağırışını edib.

Zelenski bazar günü gecə İsrailin İranın raket və dron hücumundan müdafiəsinə işarə edərək, bunun müasir hava hücumundan müdafiə sistemlərinin effektivliyini nümayiş etdirdiyini bildirib.

"Bütün dünya əsl müdafiənin nə olduğunu görür. O, bunun mümkün olduğunu görür. Və bütün dünya gördü ki, İsrail bu müdafiədə tək deyil. Səmasındakı təhlükə müttəfiqləri tərəfindən də aradan qaldırılırdı" - deyə, Zelenski bazar günü gecə çıxışında bildirib.

Zelenski Ukrayna üçün yardım istəyərkən müttəfiqləri "cəsarətli addıma" çağırıb.

Forum

XS
SM
MD
LG