Accessibility links

Ebolanın müalicəsi : Son inkişaflar


Proqnozlar qaranlıq görünür. Qərbi Afrika ölkələrində Ebola virusuna yoluxanların sayı dayanmadan artır.

Lakin həkimlərin müalicə yollarını inkişaf etdirməsi sağalma hallarını artıra bilər. Atlantada yerləşən Emori Universitetinin xəstəxanasının həkimləri Ebola ilə mübarizədə bəzi mühüm faktorları aşkarlayıb.

Avqust ayında Emori xəstəxanasına Liberiyadan gələn iki xəstə, daha bir xəstə isə Nebraskanın Omaha mərkəzinə çatdırılmışdı.

Bu xəstəxanaların təcridxanaları və infeksiya ilə mübarizə təlimlərindən keçmiş xüsusi komandaları var.

Dr. Cey Varkinin dediyinə görə, Ebolanı dəstəkləyici müalicə yolu ilə məhv etmək mümkündür. “Dəstəkləyici müalicə individual qayğı, laboratoriya, mayelərin monitorinqi, system qoyuluşu və ən mühümü elektrolitlərin artırılması deməkdir.”

Elektrolitlər əsəb və əzələlərin, mayelərin səviyyəsi, qan təzyiqinin tənzimi və zədələnmiş toxumların bərpası üçün mühüm elementdir.

Doktor Varki deyir ki, izhal və qusma zamanı itirilən mayeləri kalium, maqnezium və kalsium kimi kimi elektrolitlərlə əvəz edilməsi ilə hətta Afria ölkələrində Ebola ilə mübarizə aparmaq mümkündür.

Xəstələr-Dr. Kent Brantli and Nansi Uaytbol Zmapp adlanan eksperimental üsulla müalicə edilir. Lakin bunun pozitiv nəticə verdiyini demək mümkün deyil.

"Əlimizdə olan məlumat bazasına əsaslanaraq dərmanın simptomları inkişaf etdirdiyini, və ya yarasız olduğunu deyə bilmərik. "

Emori xəstəxanasının həkimləri təcrübələri ilə Qərbi Afrika ölkələrinin həkimləri ilə bölüşür. "Ümid edirik ki, dəstəkləyici müalicə üsulu ilə ölüm hallarını azaldacağıq."

Hazırda bu virusa yoluxanların əksəriyyətinin aqibəti ölümlə nəticələnir. Lakin Afrikada əlavə müalicə mərkəzlərinin açılışı, təchizat və adavanlıqlarla təminat xəstələri Ebolanın pəncəsindən qurtara bilər.

XS
SM
MD
LG