Accessibility links

Azərbaycan Əfqanıstana humanitar yardım göndərib


Azərbaycan Əfqanıstana humanitar yardım göndərir
Azərbaycan Əfqanıstana humanitar yardım göndərir

Yardım qida məhsulları və yataq dəstlərindən ibarətdir

Azərbaycan Əfqanıstanda təbii fəlakətdən zərər çəkmiş insanlara yardım göndərib.
AzərTAc agentliyinin məlumatına görə mayın 4-də Azərbaycan Fövqəladə Hallar Nazirliyinin ayırdığı 211 min 500 manatlıq qida məhsulları və yataq dəstləri ilə yüklənmiş təyyarə Heydər Əliyev Beynəlxalq Aeroportundan Əfqanıstana yola salınıb.

FHN-in Mülki Müdafiə Qoşunlarının komandanı İlham Abdullayev bildirib ki, Əfqanıstanın şimalında baş vermiş leysan yağışları nəticəsində subasma və daşqınlardan zərər çəkmiş insanlar üçünpPrezident İlham Əliyevin göstərişi əsasında Azərbaycan dövləti adından humanitar yardım yol salınır. Ərzaq və sənaye məhsullarından ibarət yardımın ümumi çəkisi 122 tondur.

Qeyd edək ki, təyyarə mayın 4-də günortadan sonra Əfqanıstana çatacaq. Yardım Azərbaycan səfirliyinin əməkdaşları tərəfindən Əfqanıstan hökumətinə təqdim olunacaqdır.
XS
SM
MD
LG