Accessibility links

Əfqanıstanda Sərhədsiz Həkimlərin 9 üzvü həlak olub


Tibbi xeyriyyə təşkilatı olan Sərhədsiz Həkimlər bildirib ki, Əfqanıstanın şimalındakı Qunduz şəhərindəki hospitalın davamlı olaraq bombalanması nəticəsində işçi heyətin 9 üzvü həlak olub, 37 nəfər isə yaralanıb.

Qrupun verdiyi məlumata görə, Kabil və Vaşinqtondakı əfqan və amerikalı hərbi rəsmilər hücum barədə məlumatlandırılmamışdan 30 dəqiqə sonrayadək hava hücumları davam edib.

ABŞ ordusu ərazidə sübh tezdən hava hücumları keçirdiyini və dağıntılara səbəb ola biləcəyini etiraf edib.

“Sərhədsiz həkimlər xəstələrin və həkimlərin həyatına son qoyan Qunduz hospitalına qarşı faciəvi bombardmanı ən ağır şəkildə tənqid edir” – deyə Sərhədsiz Həkimlər təşkilatı açıqladığı bəyanatda bildirib. Bəyanatda habelə deyilir ki, Kabil və Vaşinqton da daxil olmaqla hamı şəhərdə döyüşlər başlayandan sonra hospitalın yeri barədə məlumatlandırılmışdı.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG