Accessibility links

"Müsəlman Qardaşları" turistləri hədəf alır [Video]


"Müsəlman Qardaşları" turistləri hədəf alır
please wait

No media source currently available

0:00 0:03:08 0:00

Misirin baş naziri bu yaxınlarda intiharçının bomba hücumuna məruz qalan qədim Luksor bölgəsinə gedib. O, ordunun turistlərin təhlükəsizliyinin təmin ediıməsi üçün əlindən gələni etdiyini deyir. Bu arada isə “Müsəlman Qardaşları”nı dəstəkləyənlər sabiq prezident Məhəmməd Morsiyə edam hökmü təsdiq edildiyi təqdirdə intiqamla hədələyir.

Misirin baş naziri terrorizmlə mübarizədə beynəlxalq həmrəyliyə çağırıb. “Bu. dünyanın hər hansı bir yerinin 100 faiz təhlükəsiz olmadığınımı göstərir? Həmrəylik olmadan dünyanın heç bir yeri təhlükəsiz ola bilməz. Biz əlimizdən gələni edirik, yalnız məsələ terrorizmə qarşı mübarizədə beynəlxalq həmrəylikdir.”

Keçən həftə hədəf 4 min yaşı olan Karnak məbədi oldu. İntiharçı özünü məbədin girəcəyində partlatdı, hücumçulardan biri güllələndi, digəri ələ keçirildi. Hadisə zamanı ikisi polis işçisi olmaqla, dörd nəfər yaralandı. Bu ayın əvvəlində isə yüzlərlə km şimaldakı Giza piramidaları yaxınlığında iki polis işçisi qətlə yetirildi.

2011-ci il Ərəb Baharından sonra Misirə gələn turistlərin sayı 3 dəfə azalmışdı. Lakin son aylar gələnlərin sayı tədricən artırdı. Luksorda həyata keçirilən hücuma baxmayaraq, bir neçə gündən sonra turistlər Karnak məbədinə yenidən gəlməyə başlayıb.

“Biz hələ də Karnaka gəlirik, çünki belə hadisələr baş verir və polis bunun qarşısını alır. Belə hadisələr Amerikada da baş verə bilər və bu mənim harasa getməyimə mane ola bilməz. Zorakılıq dünyanın hər yerində baş veirir.” deyə, amerikalı turist Villiam Peys bildirir.

Turistlər uzun illərdir hədəfdir. Hələ 1997-ci ildə islamçı ekstremistlər tərəfindən əsasən də Luksorda olmaqla, 59 turist qətlə yetirilmişdi.

Son illər Sinay yarımadasında Ənsar Beyt Əl-Məqdis kimi tanınan islamçı yaraqlılar hökuməti hədəf alır. Kral Bilriyi Universitetindən Tobias Burkun dediyinə görə, İslam Dövlətinə sadiq olanların indi də tuirstləri hədəf alması yeni fəsil ola bilər. “İndi sual odur ki, görəsən adətən təhlükəsizlik qüvvələrinə hücum edən radikallar indi başqa taktikalara üz tutacaqlar ya yox.”

2013-cü ildə prezident Məhəmməd Morsinin devrilməsindən sonra “Müsəlman Qardaşları” daha sərt davranmağa başladı. Burk bunun islamçı qüvvələrin qiyamına benzin tökmək demək olduğunu deyir. “Hazırda prezident Sisi hökuməti ölkədəki hər hansı siyasi dissentin qarşısını almaqla məşğuldur. Bu isə o deməkdir ki, bu kimi hücumlar “Müsəlman Qardaşları” tərəfindən həyata keçirilir.”

Sabiq prezident Məhəmməd Morsiyə qarşı 2011-ci ildə məhbusların qaçmasındakı roluna görə keçən ay ölüm cəzası hökmü çıxarılıb. Lakin bu, son hökm deyil. Morsini dəstəkləyənlər ölüm hökmü təsdiq olunduğu təqdirdə ciddi fəsadların olacağı barədə xəbərdarlıq edib.

XS
SM
MD
LG