Accessibility links

Mursi kabinetində Müsəlman Qardaşlarının nüfuzunu artırır


Misirin islamçı prezidenti Məhəmməd Mursi yeni kabinetinin təşkili və hökumətin iqtisadi böhrandan çıxmaq səyləri çərçivəsində kabinetdə “Müsəlman Qardaşları” hərəkatının üzvlərinin sayını artırıb.

Bazar günü and içən 10 nazirdən üçü cənab Mursinin bir zamanlar üzvü olduğu “Müsəlman Qardaşları” hərəkatıın üzvüdür. Qrupun sözçüsü yeni təşkil edilmiş kabinetdə hərəkatın üzvlərinin sayının bununla beşdən yeddiyə çatdığını bildirib.

Cənab Mursi maliyyə naziri vəzifəsinə islamda maliyyə məsələləri üzrə “Müsəlman Qardaşları” qrupu ilə yaxın əlaqələri olan mütəxəssisi təyin edib. Əl-Musri Heqazi maliyyə naziri vəzifəsində “Müsəlman Qardaşları”nın Misirin silahlı qüvvələri ilə yaxın əlaqələri olmaqda ittiham etdiyi və iyun ayında cənab Mursi hakimiyyətə gələnə qədər ölkəni bir ilə yaxın idarə edən Mumtaz Əl-Səidi əvəz edəcək.

Cənab Murisinin daha bir mühüm təyinatı daxili işlər nazirliyində edilib. Yeni nazir Məhəmməd İbrahim bu vəzifədə keçən ay islamçıların dəstəklədiyi yeni konstituasiyanın əleyhinə və leyihə keçirilən zorakı küçə nümayişləri zamanı fəaliyyəti ilə əlaqədar kəskin tənqid edilən Əhməd Camal Eddini əvəz edəcək.

Misir prezidenti Məhəmməd Mursi kabinetin yenidən təşkil edilməsinə ölkə iqtisadiyyatına etibarın artırılması planının bir hissəsi olaraq keçən ay söz vermişdi. 2011-ci ildə prezident Hüsnü Mübarəkin xalq üsyanı nəticəsində hakimiyyətdən devrilməsindən sonra Misir xarici turizm və investisiya səviyyəsində kəskin enmə müşahidə olunur.
XS
SM
MD
LG