Accessibility links

Eldar Namazov: "ABŞ-da administrasiya dəyişəndə Azərbaycan syasətinin formalaşması üçün 1-2 il vaxt lazım olur" [Audio]


“Azərbaycan Naminə” İctimai Forumun prezidenti Eldar Namazov
“Azərbaycan Naminə” İctimai Forumun prezidenti Eldar Namazov

Azərbaycanlı politoloq ABŞ-da prezident seçkilərinin Azərbaycana mümkün təsirlərini şərh edir

ABŞ - Azərbaycan münasibətləri
please wait

No media source currently available

0:00 0:05:48 0:00



Birləşmiş Ştatlarda seçkilər və ABŞ-Azərbaycan münasibətləri ilə bağlı Eldar Namazov Amerikanın Səsinə müsahibədə mümkün hakimiyyət dəyişikliyinin Azərbaycan üçün fəsadlarından danışıb. Onun sözlərinə hər dəfə Birləşmiş Ştatlarda administrasiya dəyişəndə, yeni administrasiyanın Azərbaycanla bağlı syasətinin formalaşması üçün azı bir və ya iki il vaxt lazım gəlir. Onun fikrincə bu səbəbdən prezident Obamanın qələbə çalması və onun administrasiyasında artıq regionu tanıyan insanların vəzifədə qalması daha yaxşı hal olardı.

Eldan Namazov həm respublikaçılar, həm də demokratların hakimiyyətdə olduğu dövrlərdə işlədiyini və ABŞ rəsmiləri ilə dəfələrlə görüşdüyünü qeyd etdi. O, demokratların əsasən dünya ölkələrində insan haqları məsələlərinə diqqət yetirdiyini, respublikaçıların isə böyük kapital qoyuluşlarında maraqlı olduğunu dedi və əlavə etdi ki, ABŞ siyasəti konkret şirkətlərin maraqlarından uzaq olsa daha yaxşı olardı.

Xarici əlaqələrə gəldikdə isə politoloq təəssüf hissi ilə bildirdi ki, Azərbaycanla münasibətlər daha çox ölkədəki siyasi rejimdən asılı olaraq qurulur. O, avtoritarizmin hökm sürdüyü Azərbaycanla münasibətlərdə milli maraqların bir az kölgədə qaldığını dedi. Eyni zamanda Eldar Namazov Azərbaycandakı siyasi durumun münasibətlərdə müəyyən soyuqluğa səbəb olduğunu əlavə etdi.

Rəsmi Bakının məsələyə yanaşmasına gəldikdə, Eldar Namazov bildirdi ki, təkcə ABŞ deyil, Avropa və digər ölkələrlə münasibətlərdə də Azərbaycan hakimiyyətinin daxili maraqlarının önə çəkildiyi aşkar görünür.
XS
SM
MD
LG