Accessibility links

Eldar Namazov: "Andiçmə də seçkilərə uyğun keçirildi" [Audio-müsahibə]


Eldar Namazov

Eldar Namazov

Milli Şuranın İcra Aparatının rəhbəri Amerikanın Səsinə müsahibə verib

Demokratik Qüvvələrin Milli Şurasının İcra Aparatının rəhbəri Eldar Namazov Amerikanın Səsinə müsahibə Azərbaycanda prezident seçkilərindən sonraki atmosfer, keçən həftə keçirilən prezidentin andiçmə mərasimi, Milli Şuranın gələcək fəaliyyətindən danışıb.


Eldar Namazovun sözlərinə görə, total şəkildə saxtalaşdırılan son seçkilər müstəqillik dövründə ən çirkin, ən qeyri-demokrkatik səsvermə olub. "Prezidentin andiçmə mərasimi də elə bu seçkilərə uyğun keçirildi. Həm Azərbaycan cəmiyyətinin, həm də beynəlxalq ictimaiyyətin diqqətindən kənarda oldu. Hesab edirəm ki, andiçmə mərasimini bu şəkildə keçirmək faktiki olaraq, seçkilər total saxtalaşdırıldığını və bu saxtakarlığın artıq ifşa olunduğunun etirafı idi", deyə Milli Şuranın İcra Aparatının rəhbəri bildirib.

Milli Şuranın gələcək fəaliyyətindən də danışan Eldar Namazov deyib ki, əvvəlki illərdə seçkilərdən dərhal sonra cəmiyyətdə bir məyusluq, apatiya yaranırdı. "İndi isə seçkilər saxtalaşdırılaraq bitəndən sonra Milli Şuranın keçirdiyi mitinq ən böyük mitinq oldu.Hiss olunur ki, demokratik düşərgədə ruh yüksəkliyi var. İnsanlar bu mübarizəni axıradək aparmaq əzmindədirlər. Ona görə də bu vəziyyətə uyğun olaraq öz planlarını qurmaq üçün Milli Şura həftənin dördüncü günü (oktyabrın 24-ü) növbəti sessiyasını keçirəcək", deyə Eldar Namazov Amerikanın Səsinə müsahibəsində bildirib.

Cəmiyyətlə çox ciddi iş aparmaq lazım olduğunu vurğulayan cənab Namazov kütləvi aksiyalardan başqa üsullardan da istifadənin vacibliyini dilə gətirib.
  • 16x9 Image

    Emil Quliyev

    Amerikanın Səsində 2007-ci ildən fəaliyyət göstərir. "Amerikana" proqramının təsisçisi və aparıcısı, "Amerika İcmalı" həftəlik televiziya proqramının baş prodüseridir.  Çoxsaylı siyasi, sosial və analitik müsahibə və reportajların müəllifidir.

XS
SM
MD
LG